Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zahirən yaquara bənzəyən bəbirlərə Azərbaycan meşələrində çox az rast gəlmək olar

Zahirən yaquara bənzəyən bəbirlərə Azərbaycan meşələrində çox az rast gəlmək olar

Bakı, 13 oktyabr, AZƏRTAC

Yaquar və bəbir (leopard) pişiklər fəslinə aid və yırtıcılar sinfinə mənsub heyvanlardır.

AZƏRTAC xəbər verir ki, yaquarlar Meksikadan Mərkəzi Amerika və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılıblar, bəzən ABŞ-ın cənub-qərbində də onlara rast gəlmək olar. Bədəninin uzunluğu 63-76 santimetr arasında dəyişir. Dişi yaquar 85-90, erkək yaquar 110-120 kiloqram çəkiyə malikdir, bəzən onların çəkisi 131-151 kiloqrama da çatır. Dişilər erkəklərdən 10-20 faiz kiçikdirlər. Yaquarlar təxminən 13-15 il ömür sürürlər. Dərisi əsasən sarımtıl-qəhvəyi rəngdə olsa da, qızılı-qəhvəyi rəngdən qaraya qədər dəyişir.

Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də, güclü quruluşu, davranışı və yaşayış xüsusiyyətləri ilə pələngə yaxındır. Yaşayış üçün cəngəlliyi seçsə də, meşəlik ərazidən açıq əraziyə qədər ən müxtəlif sahələrdə yaşayır. Əsasən su kənarlarında ömür sürür.

Yaquar tək gəzir, ovunu izləyib pusquya salır, ekosistemdə balansı tənzimləməkdə əhəmiyyətli rol oynayır. Qüvvətli çənəyə malik yaquar sürünənlərin qabıqlarını deşə və məməlilər arasında nadir rast gəlinən öldürmə üsullarından istifadə edə bilir. Yaquar ələ keçirdiyi ovun kəlləsini iki qulağın arasından dişləyərək beyinə ölümcül zərbə endirir.

Zahirən yaquara bənzəyən, çeviklik və zəriflik təcəssümü sayılan, təbiətin incə canlıları olan bəbirlərin bədəninin uzunluğu 120-170 santimetrdir. Quyruğunun uzunluğu 95 santimetrə qədər olur. İri fərdlərinin çəkisi 32-60, erkəklərininki 40-80, dişilərininki isə 20-60 kiloqram təşkil edir. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları qısa olduğuna görə alçaqboylu görünür. Uzun quyruğu iri sıçrayışlarla şikarını qovarkən bədənin tarazlığını tənzim edir, güclü və əzələli pəncələrə malikdir.

Bəbir 5-8 metr məsafədən hündür daş və qayalara sıçrayır və bu bacarığına görə bir çox iri məməliləri geridə qoyur. Onun qısa və sıx olan sarı və ya sarı kürən rəngli xəzində qara və qonur xallara da rast gəlmək olur. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Faunada bəzən qara piqmentli melanist bəbirlərə də rast gəlmək mümkündür. Onlar Hindistanda, Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, nadir hallarda Azərbaycanda (Lənkəranda və Naxçıvan Muxtar Respublikasında), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində sıx meşələrdə və dağlarda yaşayırlar. Vəhşi təbiətdə 12-15, bəzi hallarda 17, qapalı şəraitdə (zooparkda) isə 21 ilədək ömür sürürlər. Əsasən cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayırlar.

Yaquar və bəbirlər xarici görünüşcə oxşar olsalar da, əslində aralarındakı fərq nəzərəçarpacaq dərəcədə böyükdür. Hər iki fauna nümayəndəsinin dəriləri üzərindəki gül şəklində xalları ayırd etmək olur: yaquarın xalları sayca daha az və böyükdür. Ümumiyyətlə, tünd rənglidir və qalın xalların ortasındakı kiçik xallar bəbirdə olmur. Yaquarın dərisində böyük dairələrin ortasında nöqtələr var. Leopardda isə dairələr kiçik və nöqtəsizdir. Yaquarın başı yumrudur, qısa, amma qalın qıçları vardır. Bəbirin elastik, incə bədəni, yumru başı, uzun quyruğu və uzun ayağı ona xüsusi gözəllik verir.

Son 10 ilin tədqiqatlarına əsasən, Azərbaycanda bəbirlərin Hirkan meşələri, Zəngəzur silsiləsi, Darıdağ, Nehrəmdağ və Dərəşam, Mingəçevir su anbarının şimalı və Axar-Baxar silsiləsində yaşaması müəyyən olunub. İşğal olunmuş ərazilər də daxil olmaqla ölkəmizin ərazisində 17-yə qədər bəbirin yaşadığı təxmin edilir.

Bəbirlərin mühafizəsi çərçivəsində IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşlarla birlikdə hər il ictimaiyyətin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər, o cümlədən məktəblilər üçün yay düşərgələri, tələbələr üçün elmi seminar və praktiki məşğələlər, gənclər üçün müsabiqələr və s. təşkil edir. Bununla yanaşı, Qafqaz bəbirlərinə beynəlxalq ictimaiyyətin diqqətini artırmaq və onların mühafizəsi sahəsində səyləri səfərbər etmək məqsədilə IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin mayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq Qafqaz Pişikkimiləri üzrə Beynəlxalq Sammit keçirib. Həmçinin IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) Azərbaycan ofisinin mütəxəssislərindən ibarət işçi qrupu “Azərbaycanda bəbirlərin sayının bərpa edilməsi” layihəsi üzrə Fəaliyyət Planı və müvafiq yol xəritəsi tərtib edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir