ZAQATALA RABİTƏÇİLƏRİ 2003-CÜ İLİ YÜKSƏKGÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞLAR
Zaqatala telekommunikasiya qovşağının rəisi Məmməd Arazov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ötən il rayonun iqtisadi həyatında kənd rabitəsinin sürətli inkişafı ilə yaddaqalan olmuşdur. İl ərzində 16 kənd ATS-i elektron tiplilərlə əvəz olunmuş, 7 kənddə yeni elektron ATS istifadəyə verilmişdir. 3 kənddə yeni ATS binası tikilmiş, 20 kənddə telefon stansiyalarının binası isə müasir tələblər səviyyəsində təmir edilmişdir. Kənd ATS-lərinin hamısı dizel-generatorlarla təchiz edilmiş, mövcud hava telefon xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. İl ərzində qovşaq üzrə telefon nömrələrinin sayı 5272 nömrə artırılaraq, 12272-yə çatdırılmışdır.
Ötən il müəssisənin balans mənfəəti 500 milyon manatdan yuxarı olmuşdur. Qovşaq üzrə tarif gəliri planı və dövlət büdcəsinə ödəmələr artıqlaması ilə yerinə yetirilmişdir.
Hazırda 105 nəfər işçinin çalışdığı bu müəssisədə orta aylıq əmək haqqı 400 min manatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]