Zaqatala və Balakəndə qaydaları pozan sürücülər barədə inzibati tədbirlər görülüb
Bakı, 5 mart, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Zaqatala və Balakən rayonlarının ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı alkoqolun təsiri altında sərxoş vəziyyətdə, eləcə də narkotik maddələrin, gücləndirilmiş psixotrop maddələrin təsiri altında olan, səs və sayrışan işıq siqnallarından istifadə edən, avtomobildə konstruksiya dəyişikliyi edərək idarə edən, müvafiq sənədləri olmayan, sürücülər Baş idarənin əməkdaşları tərəfindən aşkarlanıb. Həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər, özləri ilə yanaşı digər sürücülərin də həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar.