ZAQATALADA CÜDO ÜZRƏ RESPUBLİKA BİRİNCİLİYİ KEÇİRİLİR
Mayın 16-da Zaqatala Olimpiya-İdman Kompleksində cüdo idman növü üzrə yeniyetmələrin VI respublika oyunlarının final mərhələsinə və Azərbaycan birinciliyinə start verilmişdir.
Yarışlarda respublikanın 32 şəhər və rayonunu təmsil edən 45 komandanın tərkibinə daxil olan 450 nəfərdən artıq yeniyetmə oğlan və qız idmançı mübarizə aparır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yarış iştirakçıları öncə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə əklil və tər çiçəklər düzmüşlər.
Yarışların açılışı münasibətilə keçirilən təntənəli mərasimi giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov idmançıları və qonaqları salamlamış, ümummilli liderimiz Heydər Əliyevin idmanın inkişafındakı xidmətlərindən danışmış, bu xəttin hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Natiq respublikamızın şəhər və rayonlarında tikilib istifadəyə verilən olimpiya-idman komplekslərinin, yeni stadionların, idman meydançalarının, habelə bölgələrdə keçirilən respublika və beynəlxalq səviyyəli turnirlərin Azərbaycan idmanının inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra idmançılar tatami üzərinə çıxmışlar.
Yarışlar 3 gün davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]