ZAQATALADA DÖVLƏT QADIN SİYASƏTİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət etmiş, heykəlin önünə əklillər qoymuş, gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə ARDNŞ Neft kəmərləri idarəsi qadınlar şurasının sədri Səidə Abdullayevanın “Sülh, beynəlxalq təhlükəsizlik və dövlətlərarası əməkdaşlığın inkişafını dəstəkləyən Azərbaycan Dövlət Qadın Siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü ildə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən respublika tədbirindəki çıxışının müxtəlif məqamlarını əks etdirən filmin nümayişi iştirakçılarda böyük maraq doğurmuşdur.
Çıxışlarda Dövlət Qadın Siyasəti, Heydər Əliyevin Azərbaycan qadınlarının hüquqlarının qorunmasında rolu, Azərbaycan qadınlarının gənclərin tərbiyəsində və inkişafında rolu, Azərbaycan qadınının və gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması yolları və digər məsələlər əsas müzakirə mövzusu olmuşdur.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.