ZAQATALADA “İLİN QALİBLƏRİ” MƏLUMDUR
Telekommunikasiya qovşağının kollektivi “İlin əmək kollektivi”, “ARI” MMC-nin rəhbərləri İlham İsayev və Ramazan Qaracayev “İlin sahibkarı”, incəsənət məktəbinin direktoru Yaşar Abdurahmanov “İlin incəsənət adamı”, Orxan Acırqayev və Rəşid Məmmədov “İlin idmançısı”, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov isə “İlin jurnalisti” nominasiyaları üzrə qalib adını qazanmışlar.
Qaliblərə jurnalist təşkilatının təsis etdiyi xüsusi diplomlar təqdim olunmuşdur.