ZAQATALADA PAYIZLIQ BİTKİLƏRİN SƏPİNİNƏ BAŞLANMIŞDIR
Zaqatala, 10 oktyabr (AZƏRTAC). Zaqatala Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, rayonun taxılçılıq təsərrüfatlarında 2010-cu ilin məhsulu üçün payızlıq bitkilərin səpininə başlanmışdır. Cari mövsümdə rayonda 10 min hektar sahədə taxıl əkiləcəkdir.
Payızlıq taxıl səpininin optimal müddətdə başa çatdırılmasını təmin etmək məqsədilə rayon qərargahı yaradılmış, zonalar üzrə işçi qrupları müəyyən edilmişdir. Payızlıq səpin üçün 2.640 ton buğda və arpa toxumu ayrılmış, laboratoriya müayinəsindən keçirilmişdir. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış yüksək reproduksiyalı “Nota”, “Kroşka”, “Qılçıqsız” buğda və “Qarabağ-22” arpa toxum sortlarından istifadə olunacaqdır.
İndiyədək təsərrüfatlarda 6.810 hektar sahə şumlanmış, 500 hektara yaxın sahəyə arpa toxumu səpilmişdir. Təsərrüfatlarda taxıl əkini davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]