ZAQATALADA ŞƏHİDLƏRİN XATİRƏSİNƏ DAHA BİR ABİDƏ UCALDILMIŞDIR
Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon ağsaqqalı Ramazan Ramazanov, ziyalılar, şəhid ailələrinin üzvləri çıxış edərək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını söyləmişlər.
Abidənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra kompleksin önünə əklil qoyulmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasim ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatmışdır.