ZAQATALADA “SƏRHƏD” HƏRBİ İDMAN OYUNUNUN ZONA TURUNUN YARIŞLARI KEÇİRİLMİŞDİR
Zaqatala Sərhəd Dəstəsinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi idman oyununun zona turunun yarışlarına yekun vurulmuşdur.
Yarışlarda Balakən, Zaqatala və Qax rayonlarının komandaları mübarizə aparmışlar. Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə respublikamızın əsasən sərhədyanı rayonlarında keçirilən bu yarışların əsas məqsədi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, sağlam, yaradıcı gənclər yetişdirmək, habelə onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, zona yarışlarında Balakən rayonunun komandası daha uğurlu çıxış edərək, hərbi idman oyununun final mərhələsinə vəsiqə qazanmışdır. Sonrakı yerləri müvafiq olaraq, Qax və Zaqatala komandaları tutmuşlar.
Final mərhələsinin yarışları iyunda Lənkəran Sərhəd Dəstəsinin bazasında yaradılmış xüsusi düşərgədə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]