ZAQATALADA SİLAHLI QÜVVƏLƏR GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
Çıxış edənlər dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmış, nizami ordunun yaranmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmişlər.
Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altındakı torpaqlarımızı qısa zamanda mənfur düşməndən azad etməyə tam hazırdır.