ZATİ-ALİLƏRİ CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç,
Sizi Rusiya Federasiyasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan və Rusiyanı tarixən sıx dostluq, mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır.
Bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni xarakter kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.
Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə dövlətlərimiz arasında münasibətlərin bundan sonra da dinamik və yüksələn xətlə inkişafına, Azərbaycanla Rusiya arasında çoxplanlı qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə yönələcəkdir.
Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya xalqının rifahı naminə dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 mart 2008-ci il.