Zaur Darğallı: Gürcüstan-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir
Bakı, 16 may, AZƏRTAC
Gürcüstan-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir. Azərbaycan Gürcüstan üçün dost, strateji tərəfdaş dövlətdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin üzvü Zaur Darğallı söyləyib.
“Bu gün bölgədəki vəziyyət onu göstərir ki, Gürcüstan-Azərbaycan münasibətlərinin əhəmiyyəti təkcə bizim region üçün deyil, bütün dünya üçün çox xüsusi əhəmiyyət daşıyır. Hazırda gedən bütün proseslər vaxtilə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində baş verir. Hər iki tərəf xalqlarımızın, bölgəmizin sülh, əmin-amanlıq içində yaşaması üçün düzgün düşünülmüş addımlar atır”, - deyə Z.Darğallı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]
Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır
- 27.09.2026 [12:35]