Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur İmrani: Coğrafiya İnstitutunda elmi kadrların birgə fəaliyyəti nəticəsində kompleks tədqiqatlar aparılır MÜSAHİBƏ

Zaur İmrani: Coğrafiya İnstitutunda elmi kadrların birgə fəaliyyəti nəticəsində kompleks tədqiqatlar aparılır MÜSAHİBƏ

Bakı, 23 may, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamına əsasən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi və onların əsasında yeni bir elmi müəssisənin yaradılması planlaşdırılır. Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani AZƏRTAC-a müsahibəsində bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Zaur İmrani elmi müəssisələrin optimallaşdırılmasını daha dərin tədqiqatlar aparılması baxımından yüksək qiymətləndirərək deyib: “Bir sıra elmi-tədqiqat müəssisələri var ki, onların tədqiqat istiqamətləri bir-birlərinə olduqca yaxındır. Bu, kompleks tədqiqatların həyata keçirilməsinə də kömək göstərəcək. Optimallaşdırmanın ən böyük üstünlüyü isə yeni kadrların tədqiqat işlərinə cəlb edilməsidir. Tədqiqatlar birxətli deyil, müxtəlif istiqamətli olacaq və bu da dövlət siyasətinə uyğun olaraq həyata keçiriləcək. Məsələn, Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu, demək olar ki, eyni istiqamətli elmi tədqiqatlar aparırdı. Hazırda bu tədqiqatlar ümumiləşdiriləcək və elmi kadrların birgə iş fəaliyyəti nəticəsində daha dərin tədqiqatların aparılmasına nail olacağıq”.

Zaur İmrani coğrafiya elminin müasir inkişaf tendensiyaları və aparılan elmi tədqiqatların əhəmiyyətindən danışıb: “Coğrafiya İnstitutunda son illər elmin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılır. Bu tədqiqatlar əsas etibarilə işğaldan azad edilmiş ərazilərimiz ilə bağlıdır. Son 30 il ərzində elmi-tədqiqat işləri aparılmayan, lakin böyük elmi və iqtisadi potensiala malik olan qədim Azərbaycan torpaqları öz unikallığı və inkişaf perspektivliyi ilə seçilir. Hazırda Coğrafiya İnstitutunda “Qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması” istiqamətində elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatlar “Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi, demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri, turizm-rekreasiya ehtiyatları və inkişaf perspektivləri”nə həsr olunub. Bununla yanaşı, Coğrafiya İnstitutunda Abşeron və ətraf arid ərazilərin səhralaşması prosesi tədqiq edilib, coğrafi geosistem üçün deflyasiya, şorlaşma, bitki deqradasiyası, dehumifikasiya, texnogen (çirklənmə) kimi təbii, təbii-antropogen və antropogen səhralaşma tiplərinin səciyyəsi aparılıb və boz, boz-qonur və ibtidai boz torpaqlarda səhralaşma prosesinin gedişinə külək eroziyasının təsiri öyrənilib. Həmçinin dövlətin ekoloji təhlükəsizlik kimi strateji məqsədlərindən biri olan qoruyucu meşə zolaqları və digər süni yaşıllıqlar torpaq-ekoloji baxımdan qiymətləndirilib və onların ərazilərinin genişləndirilməsi imkanları tədqiq edilib. Xəzər dənizi ekosisteminin kompleks tədqiqi ilə bağlı müasir dövr üçün dənizin səviyyə dəyişmələri ilə sahil zonasında dinamiki proseslər arasında əlaqələr öyrənilib”.

Həmsöhbətimizin fikrincə, təbii fəlakətlərin artdığı bir dövrdə Coğrafiya İnstitutunun bu risklərin xəritələndirilməsində rolu olduqca vacib və çoxşaxəlidir. Son 2 ildə institutda təbii fəlakətlər və ekoloji risklərlə bağlı bir sıra elmi-tədqiqat işləri aparılıb. Onlardan biri “Qarabağ və Şərqi Zəngəzur regionlarının landşaft-ekoloji karkası” xəritəsi olub: “Bu xəritədə kimyəvi elementlərin və birləşmələrin miqrasiya xüsusiyyətlərinə görə ərazidə allüvüal, superakval, transakkumulyativ və akkumulyativ geokimyəvi landşaftlar (cinslər) ayrılıb. Müəyyən edilib ki, tədqiqat regionunda sulfatlı-hidrokarbonatlı-natriumlu, sulfatlı-kalsiumlu-natriumlu, sulfatlı-natriumlu-maqneziumlu və hidrokarbonatlı-kalsiumlu-natriumlu makrobirləşmələri üstünlük təşkil edir. Tədqiqat prosesində ərazidə 8 geokimyəvi landşaft tipi ayrılıb. Bu yeni bir tədqiqat olub, öz elmi nəticələri ilə diqqəti cəlb edir”.

İnstitutun əməkdaşları tərəfindən Qarabağ və ətraf ərazilərin relyef resurslarına antropogen təsirlərin yaratdığı təhlükə və risklərin qiymətləndirildiyini bildirən müsahibimiz deyib: “Zəfər”, Kəlbəcər-Laçın və Toğana-Kəlbəcər-İstisu avtomobil yolları ətrafında təhlükəli geomorfoloji proseslərin qısa təhlili onu deməyə əsas verir ki, ən təhlükəli proseslər seysmik dislokasiyalar, sürüşmələr, uçqunlar və s. ərazilər hesab olunur. Bunların hamısı ekogeomorfoloji baxımdan regionda gərgin vəziyyət yaradır. Aparılmış təhlil və hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda magistral, əsas və ikinci dərəcəli yolların (2130,81 km) 200,65 kilometri (9,42 faiz) geomorfoloji risk və təhlükələrin yüksək olduğu ərazilərdən keçir. Xəzər dənizinin səviyyəsinin 1996-cı ildən başlayaraq azalmaqda davam etdiyini hər bir ölkə vətəndaşı bilir. Bu proses nəticəsində dəniz sahildən xeyli uzaqlaşıb (bəzi ərazilərdə 100, 200, 500, və 1000 metrə qədər). Əvvəllər su basmış torpaq əraziləri su altından çıxaraq sahil zonasında neqativ ekoloji risklərin yaranmasına səbəb olub. Təqribi hesablamalara görə, respublika üzrə bütün sahilboyu ərazidə 38000 ha torpaq sahəsi dəniz altından çıxıb. Bu proses nəticəsində ən böyük ziyan dəniz gəmiçiliyinə, kənd təsərrüfatına, neft-qaz sənayesinə, balıqçılıq təsərrüfatına, kurort-reakreasiya obyektlərinə və s. sahələrə dəyir”.

Zaur İmrani institutun iqlim dəyişiklikləri üzrə gördüyü işlər barədə də məlumat verib: “İqlim dəyişmələri ilə əlaqədar olaraq son illər aparılan atmosfer sirkulyasiyası tiplərinin təkrarlanmasına dair materiallar toplanıb, anomaliyalar və onların modul əmsalları Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən hesablanıb. Tədqiqatın sonunda müəyyən edilib ki, Kür-Araz ovalığında iqlimin istiləşməsi nəticəsində zonada yay aylarında çox isti günlərin təkrarlanması baza dövrünə nisbətən artıb. Belə günlərin orta çoxillik artımı Kürdəmirdə avqust ayında müşahidə edilib və 10,4 gündən 18,4 günədək artıb. Lakin Lənkəran ərazisində isti hava dalğaları müşahidə edilməyib. 1990-cı illərin sonundan başlayaraq Lənkəran vilayətində 5 isti dalğa hadisəsi baş verib. İqlim dəyişmələrinin Abşeron və ətraf arid ərazilərinə atmosferdən çökən toz fraksiyaları öyrənilib və müəyyən olunub ki, atmosferdən çökən toz fraksiyalarında anionların və kationların konsentrasiyası fona nisbətən 2,5-3 dəfə, sürətli küləkli vaxtda 4,5-5,0 dəfə çox olub.

“Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsirinin tədqiqi və onun səviyyə tərəddüdləri öyrənilən zaman müasir innovativ metodlar və reanaliz məlumatları tətbiq olunaraq təhlillər aparılıb. Tədqiqatda əvvəlcə küləyin 1980-2004 və 2005-2023 dövrləri üzrə zamana görə ortalaşdırılmış illik qiymətlərin akvatoriya üzrə paylanmaları xəritələri müqayisə (keyfiyyətcə) edilib. Bu dövrlər faktiki olaraq səviyyənin qalxdığı və monoton azaldığı periodlara uyğun gəlir. Xəritələr GIOVANNI portalında təqdim olunan prosedurlar əsasında qurulub. Nəticə olaraq, 1980-ci ildən 2023-cü ilədək bütün Xəzər dənizi akvatoriyası üzrə küləyin sürətində bu və ya digər dərəcədə artma tendensiyası qeydə alınsa da, daha nəzərəçarpacaq və statistik əhəmiyyətli artım, dənizdə daha böyük su və temperatur ehtiyatına malik olan ərazi cənub hissə olub. Bütün bunlar, küləyin istiqamətində də baş verən dəyişikliklər nəzərə alınmaqla Xəzər dənizinin su balansının əsas elementlərindən olan səthdən buxarlanmanın intensivliyinə təsir edib. Son illərdə Xəzər dənizinin səthindən buxarlanmanın artması isə digər amillərlə yanaşı, dənizin səviyyəsində baş verən kəskin azalmanın səbəblərindən biri ola bilər.

Müsahibimiz bildirib ki, son illər Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində bir sıra yeniliklər əldə olunub. Geoinformatika və kartoqrafiya sahəsində institutda texnoloji yeniliklər tətbiq edilir. Bu sahə Coğrafiya İnstitutunda yeni olsa da, əməkdaşlar bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, instituta dəvət olunan xarici mütəxəssislər onlara master-klaslar keçiblər. Hazırda CİS mühitində bir sıra elmi-tədqiqat işləri aparılır: “Azərbaycan Respublikasının 1:100000 miqyaslı rəqəmsal xəritə-informasiya bazası ArcGIS 10.5 proqram təminatı əsasında müxtəlif məlumat mənbələrini (topoqrafik xəritələr, Open Street Map və Landsat peyk sistemləri məlumatları) vahid sistemdə birləşdirilərək onlardan geniş istifadə imkanları yaradılıb. Böyük miqyaslı xəritə-informasiya bazası respublika ərazisinin təbii və antropogen xüsusiyyətlərinin yüksək dəqiqliklə öyrənilməsinə və kartoqrafik modelləşdirilməsinə imkan verir. Bu rəqəmsal baza ekosistemlərin, landşaftların və təbii resursların idarə olunmasında və onların mühafizəsi üçün ekoloji qərarların verilməsində mühüm rol oynaya bilər.

Qarabağın faydalı qazıntı yataqlarının nisbətən sıx yerləşdiyi ərazilərdə (Göyçə-Həkəri və Somxit-Qarabağ metallogenik zonalarının şimal hissəsi) Landsat kosmik şəkillərinin emalı əsasında normallaşdırılmış bitki örtüyü indeksi (NDVI) göstəriciləri 30 illik (1992 və 2022-ci illər) işğal dövründə seyrək bitki örtüyünə malik ərazilərin (NDVI əmsalı 0,2-dən kiçik olan) sahələrində artım (4,6 faiz) müşahidə edilib. Bu artım həm də nisbətən sıx bitki örtüyünə malik ərazilərin (NDVI əmsalı 0,2-0,4 arasında dəyişən) sahələrinin əhəmiyyətli dərəcədə azalması (17,05 faiz) hesabına baş verib.

CİS mühitində, həmçinin Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı turizmin bir növü kimi geoturizmin elmi-nəzəri aspektləri öyrənilib. Müəyyən edilib ki, tədqiqat ərazisində geoloji və geomorfoloji təbiət abidələri təbii-irs obyektləri olub, tarixi-geoloji turizmin inkişafına imkan verir. Bu abidələrin zənginliyi, unikallığı, estetikliyi, eləcə də əlçatanlığı nəzərə alınmaqla, onların “Ekoturizm potensialı xəritəsi” tərtib edilib.

NASA məlumat bazası, çoxillik kontakt ölçmələri və “Global Wind” atlası əsasında Xəzər dənizində ümumi radiasiyanın, küləyin sürətinin və gücünün paylanma xəritələri tərtib edilib. Xəzər dənizi üzrə 10 metr hündürlükdə, 2001-2022-ci illəri əhatə edən külək sürəti və istiqaməti məlumatlarını endirib, arxivləşdirib və onlar əsasında məlumat bazası yaradılıb. 0.5x0.625 ayırdetmə qabiliyyətli, CSV formatında olan bu peyk məlumatları özündə külək sürətini və istiqamətini ehtiva edir. Həm aylıq, həm də saatlıq olan məlumatların toplanması MERRA-2 peyki vasitəsilə həyata keçirilib”.

Coğrafiya İnstitutunun bir sıra beynəlxalq qrant layihələrində iştirak etdiyini bildirən müsahibimiz deyib: “Son 2 ildə İtaliyanın Modena Recio Emilia Universiteti ilə birgə Avropa Komissiyası (Horizon-2020 İnnovasiya və Tədqiqat Proqramı) çərçivəsində “Miqrant agentliyi üçün tarix və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu boyu qarışıq rəvayətlər” və Almaniyanın Justus Liebig Universiteti ilə birgə “Geopark tədqiqatları üzrə çoxtərəfli elmi əməkdaşlıq: Cənubi Qafqazın periferik rayonlarında inkişaf üçün sosial-ekoloji potensialların təhlili” adlı layihələrdə təmsil olunub”.

Bu il üçün Coğrafiya İnstitutu bir sıra əsas məqsədlər müəyyənləşdirib: “Coğrafiya İnstitutu yalnız 2024-cü ildə 2 jurnal, 14 monoqrafiya, 2 atlas, 1 kataloq, 1 test vəsaiti və 1 xəritə-sxem toplusu nəşr edib. Həmçinin əməkdaşların 217 məqaləsi (xaricdə 45, onlardan da 24-ü “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarında) və 6 tezisi (xaricdə 3) nəşr edilib. Bu il də nəzərdə tutulmuş elmi tədqiqat işlərinin davam etdirilməsi ilə yanaşı, Azərbaycan Respublikasına və onun dövlətçiliyinin maraqları daxilində olan “Azərbaycan Respublikası regionlarının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlanması və bitməsi müddətlərinin tənzimlənməsi ilə bağlı coğrafi xəritələrin”, eləcə də “Azərbaycan Respublikasının elektron yerüstü hidroloji xəritəsinin” hazırlanması nəzərdə tutulub”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb

Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənib

Qətər vasitəçilik missiyası çərçivəsində İrana yeni razılaşma layihəsi təqdim edib

İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir

Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyimizin və tarixi qələbəmizin əsasını təşkil edir

Azərbaycan IX Dünya İnvestisiya Forumunda təmsil olunub

Azərbaycan hotellərində 3,2 milyon gecələmə: Turizm gəlirləri nə qədər olub?

“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmisinə dron hücumu olub

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Dialoqdan qlobal təsirə: Bakı beynəlxalq siyasi münasibətlərin yeni reallığında - ŞƏRH

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Dövlət Xidmətinin rəisi: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur

Burkina-Faso təmsilçisi: Forumda qazandığım sülh quruculuğu təcrübəsini öz ölkəmdə tətbiq edəcəyəm

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

Macarıstanın “MOL” şirkəti “Saudi Aramco”nun Polşadakı aktivlərini almağa namizəddir

Sözün gücü, dövlətin iradəsi: Bakı Forumunun siyasi və mənəvi mesajı

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur

Buğdanın perspektivli seleksiya materiallarının yaradılması ilə bağlı tədqiqat aparılır

Ruandalı nazir "ASAN xidmət"də

Milli birlik və müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasını təşkil edir - ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir?

Səbinə Hacıyeva: Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib

Türkiyənin xarici ticarət həcmi artır

® Bakıda süd vəzi xərçəngi ilə mübarizəyə dəstək məqsədilə xeyriyyə tədbiri təşkil olunub VİDEO

® Bakıda süd vəzi xərçəngi ilə mübarizəyə dəstək məqsədilə xeyriyyə tədbiri təşkil olunub VİDEO

Debra Budro: Dinlərarası dialoq konkret fəaliyyət və humanitar təşəbbüslərlə müşayiət olunmalıdır

Həmrəylik Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biridiri - ŞƏRH

ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib

Azərbaycanın beynəlxalq nüfuzu və yeni dünya düzənində artan rolu - ŞƏRH

Bakıda muzeylərin inklüzivlik və mədəniyyətlərarası dialoqda rolu müzakirə olunur

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 172 layihə maliyyələşdirilib

Xüsusi nümayəndə: Media savadlılığı dini dözümsüzlüklə mübarizədə əsas amillərdəndir

Bakı məktəblisi beynəlxalq konfransda qeyri-səlis məntiqə həsr olunmuş tədqiqatını təqdim edib

COOMET-in iclasında fotometriya və radiometriya sahəsində aparılan beynəlxalq tutuşdurmaların nəticələri müzakirə edilib

İren Kitsou-Milonas: "Dini dözümsüzlük və nifrət insan hüquqları çərçivəsində həllini tapmalıdır

Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb

“The Lancet”: Səhiyyə sahəsində iqlim dəyişmələri ilə bağlı qlobal fövqəladə hal elan edilməlidir

İbrahim Nəcm: Sülh quruculuğu insanların düşüncələri və vicdanları uğrunda mübarizə məsələsidir

“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

Mormonlar kilsəsinin üzvü: Dialoq münaqişələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır

® Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

44 günün qəhrəmanları – BDU-da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub

Türkiyə Aşkenaz yəhudilərinin Baş ravvini: Dialoq aparmalı olan dinlər deyil, dindar insanlardır

“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir

Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər

Türkiyənin Fırat Universitetinin professorları Kimya İnstitutu ilə tanış olublar

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb

İsveçdə yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur

Azərbaycan nümayəndə heyəti Keniyada 7-ci İnnovasiya Həftəsində iştirak edib

Rumıniya mətbuatı: Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

“Onun balalarını heç vaxt tək qoymayacağam...” - Bərdə terrorundan 6 il ötür

Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır VİDEO

KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var VİDEO

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır VİDEO

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır VİDEO

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

Ahmet Turan: Azərbaycanla Hindistan üçün ən real yol iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etməkdir

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir VİDEO

“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram VİDEO

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram VİDEO

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib VİDEO

Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır VİDEO

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir