Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü Azərbaycan xalqı üçün həm qürur, həm də məsuliyyət günüdür – ŞƏRH

Zəfər Günü Azərbaycan xalqı üçün həm qürur, həm də məsuliyyət günüdür –  ŞƏRH

Bakı, 7 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli yaddaşında təkcə hərbi qələbə və torpaqların azad olunması günü kimi deyil, həm də dövlətçilik iradəsinin, milli birliyin və tarixi ədalətin bərpasının rəmzi kimi əbədi yer tutub. Bu gün 30 ilə yaxın davam edən işğal dövrünə son qoyan, xalqın əzmini, dövlətin gücünü və ordunun peşəkarlığını dünyaya nümayiş etdirən tarixi dönüş nöqtəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, xalqın birliyinin və milli həmrəyliyin təntənəsidir. Azərbaycan dövləti 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etsə də, Ermənistanın təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirmişdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, uzun illər beynəlxalq hüququn tələblərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan yanaşmaları ədalətin bərpasını gecikdirdi. Lakin Azərbaycan bu dövrdə nə işğalla barışdı, nə də milli maraqlarından geri çəkildi. Dövlət rəhbərliyinin qətiyyətli siyasəti, iqtisadi və hərbi potensialın sistemli şəkildə gücləndirilməsi, diplomatik fəaliyyətin ardıcıl və məqsədyönlü olması qələbənin strateji əsasını formalaşdırdı.

Deputat bildirib ki, Prezident İlham Əliyevin “Hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırmalıyıq” fikri illər boyu dövlət siyasətinin ideoloji mahiyyətinə çevrildi: “Bu yanaşma hər bir vətəndaşın üzərinə tarixi məsuliyyət qoydu. Məhz bu milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı inam, Azərbaycanı 2020-ci ildə tarixinin ən parlaq səhifəsinə gətirib çıxardı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün davam etdi və noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, xalqın sarsılmaz dəstəyi bu Zəfərin üç dayağını təşkil etdi.

8 Noyabr - Zəfər Günü Azərbaycanın regional və qlobal mövqeyini də köklü şəkildə dəyişdi. Bu qələbə nəticəsində Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdı. Artıq regionda geosiyasi balansın əsas təməlini Azərbaycan müəyyən edir. Qələbə həm də beynəlxalq münasibətlər sistemində milli gücə əsaslanan siyasətin səmərəliliyini sübut etdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə yanaşı, beynəlxalq ədalətsizliyə qarşı mübarizədə nümunəvi dövlət obrazı formalaşdırdı. Zəfərdən sonra həyata keçirilən bərpa və quruculuq prosesləri bu qələbənin davamlı inkişaf mərhələsinə çevrildiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı təkcə infrastrukturun bərpasını deyil, həm də sosial, mədəni və mənəvi həyatın yenidən dirçəlişini təmin edir. Ağıllı şəhər və kənd konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, yeni yollar, hava limanları, elektrik stansiyaları və sosial obyektlər Zəfərin praktiki nəticələrinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur bu gün müasir Azərbaycan modelinin avanqardına çevrilir. Zəfərin ən böyük mənəvi dəyəri isə şəhidlərimizin qəhrəmanlığı və xalqın birliyidir. Vətən uğrunda canını fəda edən igid oğul və qızlarımız Azərbaycanın əbədi şərəf salnaməsində ən uca yeri tuturlar. Onların qəhrəmanlığı dövlətin və xalqın ruhunda əbədi yaşayır. Bu gün azad edilən torpaqlarda yenidən səslənən azan səsi, dalğalanan üçrəngli bayraq, inşa olunan yeni məktəblər, açılan mədəniyyət mərkəzləri bu qurbanların müqəddəsliyini və Zəfərin əzəmətini xatırladır. Azərbaycanın müasir dövlət quruculuğunda Zəfər Günü həm də milli ideologiyanın əsas dayaqlarından birinə çevrilib”.

Tahir Mirkişili bildirib ki, bu tarix hər bir vətəndaş üçün məsuliyyət, qürur və ilham mənbəyidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində həyata keçirilən siyasət ölkənin dayanıqlı inkişafını, sülh və təhlükəsizlik arxitekturasının qurulmasını, eləcə də beynəlxalq nüfuzunun artmasını təmin edir. Azərbaycan bu gün regionda sülhün təşəbbüskarı, sabitliyin və əməkdaşlığın aparıcı qüvvəsidir. Zəfər Günü həm də gələcək nəsillər üçün dərsdir: milli birliyin, dövlətə inamın və müstəqillik iradəsinin gücü qarşısında heç bir təcavüz dayana bilməz. Azərbaycan xalqı bu tarixi qələbə ilə sübut etdi ki, milli mənəviyyata, ədalətə və dövlətə sədaqət əsasında qurulan cəmiyyət ən mürəkkəb sınaqlardan qalib çıxmaq gücünə malikdir.

8 Noyabr - Zəfər Günü bütün Azərbaycan xalqı üçün həm qürur, həm də məsuliyyət günüdür. Qələbə yalnız 2020-ci ilin hərbi-siyasi reallığı ilə məhdudlaşmır, o, gələcəyə inamın, dövlət müstəqilliyinin möhkəmliyinin və milli birliyin təntənəsidir. Zəfər Azərbaycan xalqının tarixi iradəsinin, Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyinin nəticəsidir. Hər bir vətəndaş bu Zəfərin qorunması, ölkənin güclənməsi və gələcək nəsillərə sabit, azad və firavan Vətən mirası buraxılması üçün öz məsuliyyətini dərk etməlidir.

Zəfərin ideoloji və mənəvi mahiyyəti bu gün hər bir azərbaycanlının həyatında yaşayır. Çünki bu qələbə təkcə bir dövrün hadisəsi deyil, müstəqil dövlətçilik tariximizin daimi dayağı, milli kimliyimizin ayrılmaz parçasıdır. 8 Noyabr xalqımızın əzmini, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini simvolizə edən əziz gündür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub