Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərə aparan “tarixi qərar”dan bir il ötür

Zəfərə aparan “tarixi qərar”dan bir il ötür

Bakı, 23 sentyabr, AZƏRTAC

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ərazilərimizin demək olar beşdəbiri işğal edilmişdi. İşğal bu ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.

2020-ci il noyabrın 10-da xəbər başlıqlarında deyilirdi: “Azərbaycanla Ermənistan arasında altı həftə davam edən döyüşlərdən sonra iki münaqişə tərəfi arasında müqavilə imzalandı. Azərbaycan böyük qələbə qazandı”.

Lakin əsl qələbə 30 illik vətən həsrəti ilə yanan xalqımızın Ermənistanın işğalına son qoyaraq öz ana vətənlərinə qovuşması idi. Azərbaycan Respublikası nəhayət öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Məğlub Ermənistanın kapitulyasiya aktı Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən qısa müddət sonra imzalandı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev ifadə edib.

Deputat bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən 822, 853, 874 və 884 (1993) nömrəli qətnamələri qəbul etdi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etdilər, lakin uzun illər ərzində Ermənistan beynəlxalq birliyin bu mövqeyinə məhəl qoymayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Hətta 2019-cu ildə Ermənistanın müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə" adlı yeni təcavüzkar iddiasını səsləndirib.

Üstəlik, ATƏT-in Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi səylərinə dəstək olmaq üçün Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupu yaradıldı. İstər müharibə zamanı, istərsə də müharibədən sonra Prezident İlham Əliyev münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini dəfələrlə qeyd edib. Bu, bizə Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməni (822, 853, 874 və 884) təkbaşına həyata keçirərək, Azərbaycanın yalnız ölkəmiz üçün deyil, region və bütün dünya üçün tarixi əhəmiyyətli işə imza atdığını iddia etməyə əsas verir. Otuz illik Azərbaycan torpaqlarının işğalı və dünya birliyi tərəfindən görülməyən ədalətsizlik 2020-ci ilin dekabr ayının ilk günündə sona çatdı.

M.Əfəndiyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti ərazilərin bərpası və köçkün mülki əhalinin geri qaytarılması prosedurunun gücləndirilməsini təmin edəcək sistem üzərində işləyir. Lakin işğal müddətində Ermənistanın azad edilmiş ərazilərimizə vurduğu ziyanı bərpa etmək uzun və çətin proses olacaqdır.

Ərazilərimizin 27 il ermənilər tərəfindən qanunsuz olaraq işğal edilməsi əsrlər boyu qoruyub saxladığımız dini obyektlərin, muzeylərin, teatrların, kilsələrin, məktəblərin, qədim mağaraların və hətta şəxsi evlərin dağıdılması ilə nəticələndi. Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl kimi şəhərlər Xirosima tipli xarabalıqlara çevrildi. Kənd təsərrüfatı torpaqları tam yararsız hala düşdü. Ermənilərin meşələri kütləvi talan etməsi də “eko-terror”la nəticələndi. Azərbaycanın tarixi mağaraları və qazıntı yerləri dağıdıldı.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çirkli iddiası, nəhayət, bir yalan kimi ortaya çıxdı. Qələbədən sonra təkcə Azərbaycan Ordusu deyil, bütün dünya Ermənistanın iddia etdiyi ərazi olan Qarabağın zəngin və ən firavan bölgələrinin Ermənistan tərəfindən necə məhv edildiyinin şahidi oldu. Azərbaycan hökumətinin nümayəndələri, beynəlxalq mətbuat və Bakıda yerləşən 40-dan çox səfirliyin diplomatları bu dəhşətli “müharibə cinayəti”nin sübutlarını ortaya qoydular.

Erməni işğalı təkcə Qarabağı deyil, Azərbaycanın ətraf mühitinin və insanların illərlə əziyyət çəkdiyi bütün qonşu rayonları da əhatə edirdi. Belə ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra 30 ilə yaxın bir müddət ərzində susuz qalan Tərtər çayı yenidən bölgəyə həyat bəxş etməyə başladı.

Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş faydalı, yeni bir regional əməkdaşlıq qurmaq səylərinə baxmayaraq, Ermənistan beynəlxalq humanitar hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.

Deputat diqqətə çatdırıb ki, xüsusi narahatlıq doğuran məsələ Ermənistanın son zamanlar azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini beynəlxalq humanitar hüquqa uyğun olaraq Azərbaycan tərəfinə təqdim etməkdən imtina etməsidir.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) mina əməliyyatlarının münaqişədən sonra yenidən qurulmasına, sülhün və davamlı inkişafın təmin edilməsinə imkan verdiyinə dair dəlilləri vurğulayır, eyni zamanda, məlumat çatışmazlıqları və onun törədə biləcəyi ciddi problemləri də diqqətə çatdırır.

Təxminən iki il yarım davam edəcək təmizlik işlərindən sonra bölgə yenidən məskunlaşmaq üçün yararlı bir vəziyyətə gətirilə bilər. 2021-ci ilin may ayına qədər “hərbi bölgə” elan edilən Tərtər Prezident İlham Əliyevin bölgəyə səfərindən sonra "mülki" statusu almışdır. Türkiyə, beynəlxalq təşkilatlar, ölkəmizdə akkreditə olunmuş beynəlxalq və regional təşkilatların bu əməkdaşlığın qurulmasında və dayanıqlı edilməsində rolu isə əvəzsiz olacaqdır.

Bu baxımdan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından sayılan, münaqişələrin qarşısının alınması və sülh dialoqunda hər zaman mühüm rol oynayan Avropa Birliyinin bu gün Cənubi Qafqaz regionu ilə əlaqələri mühüm bir önəm daşımaqdadır. Bu, regiona səfəri zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycanda keçirdiyi görüşlərində səsləndirdiyi fikirlərdə də öz əksini tapmışdır.

Daha sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiona səfəri çərçivəsində Azərbaycanın Avropa üçün önəmini, enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulamışdır. Onun görüşlərin nəticəsi olaraq birgə keçirilən mətbuat konfransında “Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır” sözləri regionda sülh, əməkdaşlıq və quruculuqda maraqlı olan ölkəmizin mənafeyi ilə üst-üstə düşür.

Azərbaycan üçün ən mühüm nailiyyətlərdən biri Qarabağın incisi kimi tanınan və bölgənin mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsidir. Beləliklə, Qələbədən dərhal sonra Prezident İlham Əliyev Şuşanı bütün bölgənin mədəniyyət paytaxtı elan etdi. 1992-ci il mayın 8-də Ermənistan tərəfindən “qırğın” və qanunsuz olaraq “ələ keçirilən” Şuşa artıq “mədəni müxtəlifliyin” və “sülh mübarizəsinin rəmzi” olaraq öz inkişaf yoluna davam edəcək.

“Prezident tərəfindən verilən tapşırıqlara əsasən hazırlanan Qarabağın İnkişaf Strategiyası, Qarabağ Dirçəliş Fondu, dövlət proqramları, İlham Əliyevin Qarabağa səfərləri və infrastrukturla bağlı başlanılan işlər artıq Qarabağın inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır.

İnşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, habelə Şuşanın abadlaşdırılmasının sürətlə davam etdirilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək, eyni zamanda, Şuşanın ölkəmizin mədəniyyət paytaxtı, həmçinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olaraq burada daha böyük qlobal tədbirlərin keçirilməsinə şərait yaradacaqdır”, - deyə deputat bildirib.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə icrası, milli mədəniyyətimizin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Bu gün doğma Qarabağımızda, Şuşada bu irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO və üzv dövlətlərin də öhdəliyidir. Azərbaycan, həmçinin BMT-nin qəbul olunmuş məlum dörd qətnaməsini təkbaşına icra edərək regionda sülhü və əməkdaşlıq imkanlarını bərpa etmişdir. Bununla yanaşı, əfsuslar olsun ki, Cənab Prezidentin də söylədiyi kimi, “Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik”.

Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və artıq regionda yeni reallıqların mövcud olduğunu açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməli olacaq. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib