ZƏLZƏLƏLƏRİ PROQNOZLAŞDIRMAĞIN YENİ METODU AŞKAR OLUNMUŞDUR
Alimlər sübut etmişlər ki, atmosferin yuxarı təbəqəsi ionosferdə elektromaqnit dəyişkənliyi ilə zəlzələlərin dəqiq vaxtını iki gün əvvəl bilmək mümkündür.
Tacikistan EA Astrofizika İnstitutunun elmi əməkdaşı Abid Akimov jurnalistlərə bildirmişdir ki, ionosfer seysmik hallara qarşı çox həssasdır. Ona görə də ionosferi müşahidə stansiyası yaratmaqla bu problemi həll etmək olar. Bir stansiyanın əhatə dairəsi 70 kilometrdir. Mərkəzi Asiyada isə 20 belə stansiya lazımdır. İndi əsas məsələ maliyyə mənbələrinin tapılmasıdır.
Bu problemlə bağlı Tacikistan astrofizikləri qazax həmkarları ilə əməkdaşlıq edirlər. Çünki Düşənbə kimi, Almatı da fəal seysmik zonada yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]