Zəngilan rayonunun Qaradərə kəndi FOTO
Bakı, 4 fevral, AZƏRTAC
Zəngilan rayonunun Qaradərə kəndi Ördəkli kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaradərə kəndinin görüntülərini təqdim edir.