Zəngilan rayonunun Qaragöl kəndi FOTO
Bakı, 10 fevral, AZƏRTAC
Zəngilan rayonunun Qaragöl kəndi Şayıflı kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Kənd Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaragöl kəndinin görüntülərini təqdim edir.