ZƏRDAB PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏSİNDƏ QIŞA HAZIRLIQLA ƏLAQƏDAR TƏDBİRLƏR GÖRÜLÜR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Zərdab paylayıcı elektrik şəbəkəsində qışa hazırlıqla əlaqədar təmir-bərpa işləri aparılır. 35/10 kilovoltluq yardımçı stansiyada yağ açarları və bir neçə transformator əsaslı təmir edilərək normal iş rejiminə gətirilmiş, 0,4 kilovoltluq yeni açarlar quraşdırılmışdır. Belə tədbirlər rayondakı digər yardımçı stansiyalarda da həyata keçirilir. Hazırda əsas diqqət 1959-cu ildən fəaliyyət göstərən 35 kilovoltluq Ucar-Zərdab və Ucar-Seyidlər elektrikötürücü xətlərinə yönəldilmişdir. Qış mövsümü başlananadək onların 110 kilovoltluq xətlərlə əvəz olunması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]