Sudan Respublikası Xocalı qətliamını soyqırımı kimi tanıyıb
AzerTAg.az
08.09.2014 [20:05]
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb. ...
MDB-nin Minskdəki qərargahında Birliyin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində Əməkdaşlıq Proqramının layihəsi müzakirə ediləcəkdir
AzerTAg.az
08.09.2014 [19:47]
Sentyabrın 9-10-da Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində Əməkdaşlıq Proqramının və Dövlət Başçıları Şurasının ...
Litvanın nüfuzlu nəşrində Azərbaycanın işğal edilmiş ərazilərinə səfər haqqında məqalə dərc edilib
AzerTAg.az
08.09.2014 [18:48]
Litvanın nüfuzlu “Lietuvos zinios” qəzetində və bu nəşrin saytında jurnalist Aydanas Praleykanın “Bilməmək səbəbindən təhrikçilik?” sərlövhəli məqaləsi dərc edilib (http://lzinios.lt/lzinios/Komentarai/ar-is-neismanymo-tas-kenkimas-/186872). Yazıda Litva Seyminin deputatı Dalya Kuoditenin Azərbaycanın ...
ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan prezidentlərinin və dövlət katibi Con Kerrinin birgə görüşü barədə bəyanat yayıb
AzerTAg.az
05.09.2014 [13:43]
ABŞ Dövlət Departamentinin mətbuat xidməti sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və dövlət katibi Con Kerrinin birgə görüşü barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş səyləri ...
Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafında diaspor təşkilatlarımızın üzərinə mühüm vəzifələr düşür
AzerTAg.az
04.09.2014 [22:03]
Azərbaycanın Çex Respublikasına yeni təyin olunmuş səfiri Fərid Şəfiyev bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Praqada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Səfirlikdən AzərTAc-a bildirilib ki, Azərbaycan və Çex Respublikası arasında mövcud dostluq ...
Draqan Vuyoviç: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticələrini verməkdədir
AzerTAg.az
04.09.2014 [19:13]
Serbiyanın RTS telekanalının saytında Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini Draqan Vuyoviçin ölkələrimiz arasında əlaqələrə dair müsahibəsi yerləşdirilib.
Azərbaycanda müşahidə olunan sürətli inkişaf prosesindən, iki ölkə arasında münasibətlərin hazırkı durumundan bəhs edən D.Vuyoviç vurğulayıb ki, tərəflər arasında ...
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində WAM ilə AzərTAc arasında memorandum imzalanacaq
AzerTAg.az
04.09.2014 [15:48]
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəman sentyabrın 3-də BƏƏ Dövlət İnformasiya Agentliyinin (WAM) icraçı direktoru Camal Nasir əs-Süveydr ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə E.Qəhrəman Azərbaycan Respublikası ilə ...
Səfər başa çatdı
AzerTAg.az
03.09.2014 [17:19]
Sentyabrın 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatdı.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü ...
Şəhidlərin xatirəsinə ehtiram
AzerTAg.az
03.09.2014 [17:07]
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ...
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
AzerTAg.az
03.09.2014 [16:45]
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub ...
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə mediasının əsas mövzusudur
AzerTAg.az
03.09.2014 [16:00]
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri Türkiyə mediasının əsas mövzusudur.
Anadolu xəbər agentliyi, “Sabah” və “Yeni Şəfəq” kimi beynəlxalq nüfuzlu qəzetlər Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi Azərbaycana ilk səfərini iki qardaş ...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
AzerTAg.az
02.09.2014 [22:59]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. ...
Azərbaycan-UNICEF əməkdaşlığının perspektivləri müzakirə edilib
AzerTAg.az
02.09.2014 [19:29]
Sentyabr 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in ölkəmizəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ...
Hans-Eberhard Şlayer: Azərbaycanın dinamik inkişafı heyranlıq doğurur
AzerTAg.az
02.09.2014 [19:26]
Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri ...
Azərbaycanın xarici işlər naziri Norveçin yeni səfiri ilə görüşüb
AzerTAg.az
02.09.2014 [19:20]
Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveçin ölkəmizdə təyin olunmuş yeni səfiri Bard İvar Svendsen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. ...
Erməni “ekspert” naqolay vəziyyətə düşüb
AzerTAg.az
01.09.2014 [13:11]
Bu yaxınlarda Pravda.ru videokanalı qalmaqalları ilə məşhurlaşmış erməni mənşəli rusiyalı politoloq Andrey Areşevi (Areşyan) Qarabağ mövzusunda söhbət etmək üçün öz studiyasına dəvət edib. Həmin söhbətin videoyazısı “Youtube” portalında yerləşdirilib ...
Xəzəryanı dövlətlərin başçılarının Həştərxan sammitində imzalanacaq sənədlərlə bağlı razılıq əldə edilib
AzerTAg.az
29.08.2014 [15:13]
Xəbər verdiyimiz kimi, Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.
İranın xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim ...
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib
AzerTAg.az
28.08.2014 [23:06]
Avqustun 26-dan 28-dək Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib. ...
Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir
AzerTAg.az
28.08.2014 [20:40]
Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etdirmir.
AzərTAc xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, Birləşmiş Ştatların xarici siyasəti federal hökumət tərəfindən ...
MULTİMEDİA
26.03.2023 [19:14]
26.03.2023 [17:25]