Xorvatıyalı futbolçu mərc oyunları ilə məşğul olduğuna görə cəzalandırılıb VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Xorvatiyalı futbolçu İviça Oliç mərc oyunlarına pul qoymaqda ittiham edilir.
AZƏRTAC xəbər verir ki, hazırda II Bundesliqanın “Münxen 1860” klubunda çıxış edən xorvatiyalı futbolçu Almaniya Futbol İttifaqının idman məhkəməsi tərəfindən iki oyunluq cəza alıb. Bununla yanaşı, o, 20 min avro məbləğində cərimələnib.
Otuz yeddi yaşlı futbolçu avqustun 26-dan sentyabrın 11-dək mərc oyunlarında doqquz qarşılaşma üçün pul qoyub. Lakin xorvatiyalı futbolçu komandasının oyunlarına pul yatırmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, matçlara pul qoyuluşu əməliyyatları hücumçuya məxsus bank kartlarından aparılıb. Lakin İ.Oliç mərc oyunları ilə özünün yox, dostlarının məşğul olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]