Flaminqolar Biləsuvarın Mahmudçala gölünə əlavə gözəllik qatıb [ FOTO] VİDEO
Biləsuvar, 15 oktyabr, İ.Adıyev, AZƏRTAC
Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün faunasını zənginləşdirən flaminqolar vaxtından əvvəl gölə miqrasiya ediblər.
AZƏRTAC xəbər verir ki, flaminqolar Ələt-Astara magistral yolunun kənarında yerləşən gölün mənzərəsinə əlavə rəng qatıb. Yoldan keçənlər bu mənzərəni görüb ayaq saxlayır, təbiət gözəlliyini seyr edirlər.
Qeyd edək ki, ölkəmizdə qızılqaz kimi tanınan flaminqolar “Qırmızı kitab”a düşüb. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıblar.