Türkiyə millisinin üzvü Əmrə Morun oynamaq istədiyi klub məlum olub VİDEO
Bakı, 31 mart, AZƏRTAC
Türkiyə millisinin və “Borussiya” (Dortmund) komandasının üzvü Əmrə Morun gələcəkdə oynamaq istədiyi klubun adı müəyyənləşib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, gənc ulduz gələcəkdə “Real” (Madrid) komandasında forma geymək istədiyini bildirib.
Futbolçu deyib ki, “Borussiya” dünyanın ən yaxşı komandalarından biridir. Bu komandada çox şey öyrənirəm. Almaniya klubundan başqa kluba transfer olsam, ulduz bir oyunçu kimi ayrılmaq istəyirəm.
“Madriddə oynamaq və ulduz olmaq istəyirəm. “Real”da oynamaq mənim ən böyük arzumdur. Lakin potensialım “Barselona” klubunda oynamağa imkan verir. Həmin klubda oynaya biləcəyimə inanıram. Arzum yüksək səviyyəli futbolçu olmaqdır”, - deyə türkiyəli futbolçu qeyd edib.