REGİONLAR
Sumqayıtda payız-yaz mövsümündə 75 min ağac tingi əkilib VİDEO
Sumqayıt, 8 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Yaz fəsli ilə əlaqədar həftəsonu növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının, ASAN könüllülərin Sumqayıt üzrə nümayəndələrinin də həvəslə qatıldığı növbəti ağacəkmə aksiyası Koroğlu və Çerkassı küçələrində, Corat qəsəbəsində, Bələdiyyə Parkında təşkil olunub. Aksiya zamanı 5 minə yaxın sərv, Xan çinar, zeytun və şam tingləri əkilib.
Gün ərzində şəhərin əksər küçələrində təmizlik işləri də aparılıb.
Ümumilikdə payız–yaz mövsümündə şəhərdə 75 min ağac tingi əkilib.