104 yaşlı Alya nənə səs verib VİDEO
Goranboy, 1 sentyabr, AZƏRTAC
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 43 saylı məntəqəsində 9 nəfər daşınan seçki qutusu vasitəsilə səsvermədə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.
Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.