Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: “Azərbaycan-İsrail qarşılıqlı münasibətləri: xalqların səmimi dostluğu və ölkələrin strateji tərəfdaşlığı” VİDEO

“The Jerusalem Post”: “Azərbaycan-İsrail qarşılıqlı münasibətləri: xalqların səmimi dostluğu və ölkələrin strateji tərəfdaşlığı” VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Son iyirmi beş ildə İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib və möhkəmlənib. Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha sıx və səmimi əlaqə saxlamır. İki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycanın əhalisinin əksəriyyəti müsəlmandır.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə avqustun 21-də İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail qarşılıqlı münasibətləri: xalqların səmimi dostluğu və ölkələrin strateji tərəfdaşlığı” sərlövhəli məqaləsində yazır (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Azerbaijan-Israeli-relations-sincere-friendship-of-peoples-and-strategic-partnership-of-countries-502973).

Məqalə müəllifi vurğulayır ki, iki ölkə arasında münasibətlərin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar xüsusi rol oynayır. A.Qut yazır: “Mən tamamilə əminəm ki, Azərbaycan və yəhudi xalqları arasında insani münasibətlər, insanlıq körpüsü İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafında möhkəmlənməsində xüsusi, həyati əhəmiyyətli rol oynayır”.

Azərbaycanın və ya yəhudi icmalarının hüdudlarından kənarda Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində yəhudi icmasının mühüm, inteqrasiyaedici rolu barədə məlumatı olanlar çox deyil. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi vurğulayır: “Məsələn 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi doktor Yevsey Gindes olub, AXC parlamentində yəhudi fraksiyalarının nümayəndələri təmsil olunub. AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” adlı jurnal, “Palestina” qəzeti, habelə “Molodyoj siona” adlı jurnal buraxırdı. Bundan əlavə, Sovet hakimiyyəti dövründə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında çox mühüm və dəyərli rol oynayıblar”.

Qutun fikrincə, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar. İsrailli siyasi analitik yazır: “Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edir. Azərbaycanda yəhudi xalqı heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb”.

Məqalədə İsrailin 9-cu prezidenti Şimon Peresin Azərbaycana tarixi səfəri zamanı dediyi sözlər sitat gətirilir: “Mən bilirəm ki, Azərbaycanın siyasəti sülh, dostluq, inkişaf, habelə müstəqilliyi möhkəmlətmək siyasətidir. Sizin unikal coğrafi mövqeyiniz sayəsində şübhəsiz ki, siz dünyanın bu hissəsində əsas və mühüm ölkəsiniz və belə də qalacaqsınız”.

Məqalə müəllifinin fikrincə, bu gün sirr deyil ki, Azərbaycan İsrail üçün həmişə cəlbedici ölkə olub. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur. Arye Qut yazır: “Eyni zamanda, rəsmi Bakı başqa yerlərdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir, Azərbaycan isə bu gün bütün dünya birliyi üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlıların həyatına tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz cəhətinə çevrilib. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, eyni zamanda, başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilər, xristian və yəhudi icmaları üçün doğma vətəndir. Milli azlıqlara hörmət və tolerantlıq antik dövrdən İpək yoluna və zəmanəmizə qədər bu ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb. Azərbaycan minilliklər boyu təqiblərdən və zülmdən xilas olmağa çalışan bir sıra xalqlar üçün, ilk növbədə, yəhudilər üçün təhlükəsiz sığınacaq olub”.

Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini və səmimiliyini qeyd edib. Azərbaycan dövlətinin başçısı bildirib ki, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycanda yeddi sinaqoq var. Respublikada yəhudi məktəbləri də fəaliyyət göstərir”.

Məqalə müəllifi vurğulayır ki, rəsmi Bakı hələ İsraildə özünün diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə tez-tez çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində Bakıda daha çox sayda israilli qonaqları qəbul edir. Arye Qut yazır: “İsrail ilə iqtisadi əlaqələrin genişlənməkdə davam etməsini, İsrailin daim Azərbaycandan neft almasını və Azərbaycan iqtisadiyyatına, onun kənd təsərrüfatına sərmayə qoymasını nəzərə alsaq, bu, xüsusilə düzgün və əlamətdardır. Eyni zamanda, Azərbaycana kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələrində müasir yüksək texnologiyalar lazımdır və bu siyahını davam etdirmək olar. İki ölkə təhsil, humanitar və mədəni layihələri də genişləndirirlər”.

Məqalə müəllifi İsrail-Azərbaycan qarşılıqlı münasibətləri probleminə toxunaraq göstərir ki, 2016-cı ilin dekabrında İsrailin Baş nazirinin Azərbaycana səfəri tarixi hadisə olub. Arye Qut yazır: “Binyamin Netanyahu 1997-ci ilin avqustunda tranzit səfərlə Bakıda olub. Buna baxmayaraq 2016-cı ilin dekabr səfəri tarixi hadisə idi, çünki bu, iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 25 illik tarixi ərzində İsrail hökumətinin başçısının Azərbaycana ilk rəsmi səfəri idi. İsrailin Baş naziri ilə Azərbaycan Prezidentinin Bakıdakı bu görüşü bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim artır. İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Əvvəllər bu dövriyyə əsasən neft-qaz sahəsi hesabına yaranırdısa, indi bu münasibətlərin inkişafı şaxələnir, iqtisadiyyatın başqa sektorlarını - kənd təsərrüfatı, informasiya texnologiyaları, hərbi sənaye, su ehtiyatları kimi sahələri də əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir və möhkəmlənir”.

Siyasi ekspert Aleksandr Murinsonun bir neçə il bundan əvvəl yazdığı kimi, yaxın gələcəkdə “Azərbaycan-İsrail münasibətləri, informasiya texnologiyaları, suyun təmizlənməsi, təbabət, kənd təsərrüfatı və mədəni mübadilə kimi sahələrdə elmi əməkdaşlıq yəqin ki, yalnız inkişaf edəcək və möhkəmlənəcək. Daha əhəmiyyətlisi budur ki, müdafiə və kəşfiyyat sahəsində strateji əməkdaşlıq genişlənəcək. Yaxın Şərqdə son dərəcə təhlükəli geosiyasi əhatədə yerləşən iki kiçik ölkənin bu cür əməkdaşlığı uğurlu münasibətlərin unikal əlaqələndirilməsi nümunəsidir”.

Arye Qut öz məqaləsində yazır ki, İsrail ilə Azərbaycan arasında hərbi-texniki tərəfdaşlıq daim fəal şəkildə inkişaf edir və möhkəmlənir. Müəllif yazır: “Son vaxtlar İsraildə bəzi KİV-lər bu ölkədəki erməni lobbisinin bir sıra nümayəndələrinin köməyi ilə İsrail-Azərbaycan hərbi əməkdaşlığında guya “problemlər” yaranması barədə yalan informasiya yaymağa çalışır. 2016-cı ilin aprel hadisələrindən sonra çevik əks-hücum zamanı erməni ordusunun müdafiə xətti məhv edildi, Azərbaycan ordusu isə strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytardı. Həmin dövrdə, yəni bir il bundan əvvəl biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı barəsində Ermənistanın tənqidi mövqeyinə gəldikdə vurğulamaq lazımdır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını yalnız özləri seçir və hərbi-texniki sahədə strateji tərəfdaşlığın və əməkdaşlığın səviyyəsini bu ölkələr özləri müəyyən edir. Üstəlik, heç kəsin bu prosesə müdaxilə etməyə haqqı yoxdur. Axı Azərbaycan Ermənistan ərazisində nəyə görə üçüncü dövlətin - Rusiya Federasiyasının hərbi bazalarının yerləşməsini və Rusiyanın Ermənistana hansı hərbi yardım göstərməsini soruşmur. Aşkardır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini üçüncü qüvvənin köməyi ilə işğal edib. 25 ildən artıq müddətdə Azərbaycan ərazisini işğal altında saxlayan bir ölkənin rəsmi Bakını beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi absurd və cəfəngiyyatdır.

Müəllif yazır: “1992-ci ilin əvvəlində Ermənistan Dağlıq Qarabağ kəndlərindən başlayaraq öz işğalçı siyasətini fəallaşdırmaq üçün Rusiyanın real hərbi və maddi köməyindən istifadə etməyə başladı. 1992-ci il fevralın 26-da insanlığa qarşı mənfur cinayət törədildi - erməni silahlı qüvvələri Xocalı şəhərində dinc azərbaycanlı sakinlərə qarşı qanlı qırğın və soyqırımı aktı törətdilər. Azərbaycanın kiçik Xocalı şəhərində qeyri-insani qanlı qırğın insanlığa qarşı cinayət idi. Ermənistan silahlı qüvvələri nasistlər kimi təsvirəgəlməz vəhşiliklər və barbarlıq edirdilər. Bu qırğın zamanı 613 nəfər öldürüldü, 487 adam şikəst oldu, 1275 mülki şəxs - kişilər, qadınlar, uşaqlar və qocalar əsir götürülərək ağlasığmaz əzablara və təhqirlərə məruz qaldı. Xocalının mülki əhalisinin kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi vardı - bu sakinlər hamısı azərbaycanlı idi”.

A.Qut vurğulayır ki, Xocalıda soyqırımı aktının ideoloqları və icraçıları müasir Ermənistanda rahatca yaşayır və işlərini davam etdirirlər. Analitik yazır: “Onların çoxu hətta bu gün də hökumətdə yüksək vəzifələr tutur - sabiq müdafiə naziri Seyran Ohanyan, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və bu ölkənin keçmiş prezidenti Robert Koçaryan Xocalıda soyqırımı aktının əsas ideoloqları və icraçılarıdır. Onlar da, alman faşistləri kimi, vəhşiliklərdə və qanlı qırğında iştirak etdiklərinə görə, öz cinayətkar əməllərinə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq bu ideoloqların bəziləri, məsələn Ermənistan dövlətinin indiki başçısı xarici KİV-lərə müsahibələr verir və azərbaycanlılara qarşı faşistlər kimi törətdikləri cinayətkar hərəkətləri ilə fəxr edirlər”.

Məqalə müəllifi vurğulayır ki, müasir Almaniya ölkə gənclərinə nasist Almaniyasının törətdiyi dəhşətlər barəsində ciddi xəbərdarlıq edir. Almaniyadan fərqli olaraq müasir Ermənistan cəmiyyətinin ən böyük qəbahəti ondadır ki, erməni faşistlərin - Dronun və Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir. Arye Qut yazır: “Onların şərəfinə sikkələr zərb edilir, onlara heykəllər qoyulur, guya əsl xalq qəhrəmanları kimi qələmə verilərək onların həyat və fəaliyyəti barədə filmlər çəkilir. İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtının 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. Erməni faşistlərin komandiri general Dronun rəhbərlik etdiyi ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər”.

Arye Qutun fikrincə, daha absurd təsir bağışlayan fakt odur ki, 1998-ci ildən Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası faşist və antisemit Qaregin Njdeyə sadiq olduğunu açıq-aşkar bəyan edir. İsrailli analitik yazır: “Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bu əməllərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının kriminal terrorçu rəhbərliyi dayanır. Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi varisləri hesab edirlər”.

Qutun fikrincə, Ermənistan müxtəlif vaxtlarda vəziyyəti süni şəkildə kəskinləşdirməklə və atəşkəs rejimini pozmaqla sülh danışıqlarından qaçmağa çalışıb. Arye Qut vurğulayır: “Ermənistan ordusu bu məqsədlə işğal olunmuş ərazilərdə silahlı provokasiyaları daim fəallaşdırır, Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə atəş açır. Prezident Sarkisyan tez-tez bildirir ki, Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində müdafiə qabiliyyətini ardıcıl surətdə artırır. O, Rusiyanın Ermənistan ərazisində yerləşən 102-ci hərbi bazasının rolunu daim vurğulayır. Üstəlik, 2016-cı ilin noyabrında Ermənistan Rusiya Federasiyasının hava hücumundan müdafiə sisteminə daxil olub. Bütün bunlar sübut edir ki, Ermənistanın müstəqil müdafiə strategiyası və hərbi təyinatlı malları tədarük etmək siyasəti yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik haqqında müqavilə təşkilatının (KTMT) üzvüdür və Rusiya ilə birgə hərbi ittifaq yaradılması barədə ikitərəfli saziş Ermənistanı silahlı qüvvələrin müstəqilliyi prinsiplərindən tamamilə məhrum edir.

Digər tərəfdən, erməni siyasətçilərinin İsrail ilə Ermənistanın hərbi əməkdaşlığının mümkünlüyü barədə sözləri siyasi blefdən başqa bir şey deyil. İsrailin Ermənistana silah satması üçün bu ölkə ilə strateji münasibətləri olmalıdır, həqiqətdə isə İsrailin Ermənistanla bu cür münasibətləri sıfır səviyyəsindədir, praktiki olaraq belə münasibətlər yoxdur. Ermənistanın İsrail hərbi-siyasi şirkətləri ilə hərbi texnika satışına dair ciddi kontraktlar bağlaması üçün maliyyə vəsaiti yoxdur. Kommersiya baxımından Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur”.

Azərbaycan torpaqlarını işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan reallıqda Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalır. İsrailli ekspert daha sonra yazır: “İnkaredilməz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı və ən yoxsul ölkədir. Əhalisinin sayı 1,5 milyon olan kiçik Ermənistan dövləti son illərdə geosiyasi təcrid olunmuş vəziyyətdədir”.

Qut yazır ki, İsrail dövləti Azərbaycanın ədaləti mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münasibətlərini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməyə çağırır. Arye Qut yazır: “ 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon qaçqın yaranıb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruri və əhəmiyyətlidir”.

İsrail vətəndaşı kimi Arye Qut qürurla qeyd edir ki, Azərbaycan rəhbərliyi dünyada analoqu olmayan bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Azərbaycan Prezidentinin himayəsi altında ölkədə iki sınaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoqa, əməkdaşlığa və tərəfdaşlığa necə nail olmasını bilmək istəyənlər Dağlıq Quba rayonundakı yəhudilərin məşhur Qırmızı qəsəbəsinə baxsalar kifayətdir. Qırmızı qəsəbə İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkan, Azərbaycanın əsl qürur mənbəyidir.

Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin Azərbaycana tarixi səfəri zamanı Arye Qut ondan Azərbaycandakı yəhudi icması barəsində təəssüratlarını soruşanda Ronald Lauder belə cavab verib: “Bilirəm ki, Holokost zamanı Azərbaycan özlərini və öz uşaqlarını nasistlərdən xilas etmiş Avropa yəhudiləri üçün azsaylı sığınacaqlardan biri, sonra isə onlar üçün əsl Vətən olub. “Dağ yəhudiləri” anlayışı mənə çox mücərrəd və anlaşılmaz göründü. Mən onlar haqqında çox eşitmişdim, amma onların məskənlərini heç vaxt görməmişdim. Azərbaycanın Quba rayonunda isə Azərbaycan xalqının və ölkə rəhbərliyinin dağ yəhudilərinə səmimi və dost münasibətini gördüm. Mən Qırmızı qəsəbədəki gözəl sinaqoqda oldum, bizim nümayəndə heyətini və məni qarşılamağa nə qədər insan gəldiyini görəndə çox mütəəssir oldum.

Sözün düzü, müsəlman ölkəsində bu cür güclü yəhudi icması görəcəyimi gözləmirdim. Dünyada bunun analoqu yoxdur. Düşünürəm ki, Qırmızı qəsəbə başqa ölkələr üçün əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində öz uğurları ilə fəxr edə bilər. Dünya Yəhudi Konqresinin prezidenti kimi mən Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətli və səmimi münasibətini yüksək qiymətləndirirəm və Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Arye Qut qeyd edir ki, yəhudilər və müsəlmanlar bu regionda əsrlər boyu dinc və mehriban yaşayırlar. İsrailli ekspert sonda yazır: “Azərbaycana qarşı etnik təmizləmə və təcavüzə baxmayaraq, bu təcavüz nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, 1 milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq modelidir. Dözümlülük və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlidir. Azərbaycan dönə-dönə nümayiş etdirir ki, zorakılıq və çəkişmələr tətbiq etmədən harmoniya mümkündür və istənilən problem həll edilə bilər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin əksəriyyətini, həm də başqa dövlətlərdəki yəhudi icmasının hörmətini qazanıb”.

“The Jerusalem Post”: “Azərbaycan-İsrail qarşılıqlı münasibətləri: xalqların səmimi dostluğu və ölkələrin strateji tərəfdaşlığı” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO