Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər VİDEO

Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər VİDEO

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum günüdür.

AZƏRTAC “Moskva-Baku.ru” informasiya portalına istinadla xəbər verir ki, rusiyalı siyasətçilər, mədəniyyət xadimləri, tanınmış teleaparıcılar və ictimai xadimlər bu əlamətdar gün münasibətilə Mehriban Əliyevanı təbrik edirlər.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski təbrik məktubunda yazır: “Mehriban Arif qızı Rusiyada mədəniyyət işçiləri və mədəniyyət xadimləri arasında böyük hörmət qazanıb. Hamı onu təkcə Azərbaycan Prezidentinin xanımı və ölkənin ali vəzifəli şəxslərindən biri kimi deyil, həm də mədəniyyət məsələlərinə dərindən bələd olan və mədəni proseslərə təəssübkeşliklə yanaşan bir insan kimi tanıyır. Tretyakov qalereyasında “Abşeron ulduzları” sərgisində yaranmış izdiham, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bizim birgə tədbirlərimiz, Mehriban Arif qızının himayəsi altında keçirilən Rostropoviç müsabiqəsi - bütün bunlar Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində yaranmış yaxşı, səmərəli və məhsuldar münasibətlər mozaikasında yalnız kiçik elementlərdir. Bu elementlər həm də Mehriban Arif qızının himayədarlığı sayəsində bu dərəcədə parlaq və uğurlu olub”.

Vladimir Medinski Azərbaycanın Birinci vitse-prezidentinə bundan sonra da bu cür xoşniyyətli, məsələlərin təfərrüatına varmağı bacaran, xeyirxah, səmimi insan, Rusiyanın, Azərbaycanın, Qafqazın çoxsaylı mədəniyyət xadimlərinin əsl hamisi kimi qalmasını arzu edib.

Tanınmış teleaparıcı Evelina Zakamskaya Azərbaycanın Birinci vitse-prezidentinə ünvanlanmış təbrikində yazır: “Sizə, ilk növbədə, qadın, ana və ailə xoşbəxtliyi arzu etmək istəyirəm. Ona görə ki, qadın yalnız bu halda həqiqətən xoşbəxt olur və yalnız xoşbəxt insan ətrafdakılara nur, şəfqət və sevinc bəxş edə bilər. Siz isə bütün bunları Azərbaycan xalqı ilə bölüşürsünüz”.

“Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov Azərbaycanın birinci xanımına ünvanlanmış təbrikində vurğulayır: “Mehriban Əliyeva ilə görüşmək nəsib olmuş insanların hər biri onun səmimiyyətini, erudisiyasını, problemlərin optimal həllini axtarmaq səyini qeyd edir”. S.Mironov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və tutduğu yüksək vəzifədə uğurlar arzulayır.

Yazıçı Aleksandr Proxanov Mehriban Əliyevanın ağlına, incə mühakimələrinə və səmimiyyətinə heyran olduğunu bildirir. Məşhur yazıçının təbrik məktubunda deyilir: “Şübhə etmirəm ki, bu qədər yüksək dövlət vəzifəsi tutmaqla bərabər, Siz çətin vəziyyətlə üzləşmiş insanların imdadına çatmağa, sənətkarları ruhlandırmağa və həvəsləndirməyə, mübahisəli məsələləri sülhpərvərliyiniz, kompromis və təmkinliliyiniz sayəsində həll etməyə vaxt tapırsınız. Bu gün Sizə müraciət edərkən Sizin ecazkar ölkəni, Sizin lacivərd dənizi, Sizin bərəkətli bağları xatırlayıram. Mən Azərbaycanı müəyyən mənada həm də öz Vətənim hesab edirəm. Mən molokanlardanam, Azərbaycandakı İvanovka kəndi mənim ulu vətənimdir. Sizə böyük uğurlar və ruh yüksəkliyi arzu etmək istəyirəm”.

Müğənnilər Kristina Orbakayte və Vera Brejneva, İslam Biznes Assosiasiyasının prezidenti Marat Kabayev, teleaparıcı Angelina Vovk, Böyük Teatrın baş direktoru Vladimir Urin də Azərbaycanın Birinci vitse-prezidentinin ünvanına təbriklər göndəriblər.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski təbrik məktubunda Azərbaycanın birinci xanımının bioqrafiyasının parlaq səhifələrini qeyd edərək yazır: “Hazırda Mehriban Əliyeva Azərbaycanda ikinci şəxsdir. Onun üzərinə millət, xalq üçün böyük məsuliyyət düşür. Hətta güclü kişilər də həmişə bu cür yükü daşıya bilmir, xanım Əliyeva isə bu yükü özünəməxsus məharət və bacarıqla daşıyır, eyni zamanda, bu cür qayğıkeş və başqalarının ehtiyaclarına həssas insan kimi qalır. Bəlkə də bu, onun daxili qüvvəsi, gözəl ailəsi və qüsursuz bioqrafiyası, bircə dəqiqə belə boş vaxtı olmayacaq həyat sürməyə hazır olması ilə bağlıdır”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edərək onun dünya arenasında Azərbaycanın mövqelərinin gücləndirilməsinə, respublikanın çoxdankı strateji tərəfdaşı olan Rusiya ilə dostluq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətindən danışır. Rusiya siyasətçisinin təbrik məktubunda deyilir: “Sizin şəksiz hərtərəfli istedadınız, qeyri-adi iradəniz və heyrətamiz intuisiyanız Sizi zəmanəmizin ən erudisiyalı siyasətçilərindən birinə çevirir, istər Azərbaycanda, istərsə də bütün dünyada uğurlu qadınların çoxu Sizdən nümunə götürür”.

Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO