“10 İL KAMPANİYASI”NIN 7-Cİ VƏ 8-Cİ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
“Azercell Telekom” Birgə Müəssisəsinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “10 il kampaniyası”nın 7-ci və 8-ci qalibləri məlum olmuşdur. Bunlar Bakı sakinləri Aytən Əlipaşa qızı Hüseynova və Xanım Aftandil qızı Mustafayevadır.
Qeyd edək ki, bu kampaniya iyunun 15-dən etibarən artıq 8 ailəyə paytaxtda 2 otaqlı mənzil qazandırmışdır. “10 il kampaniyası”nın cəmi 2 mənzili və saysız-hesabsız kontur və danışıq vaxtı isə hələ udulmamışdır.