10 KARATEÇİMİZ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKDİR
Bu mötəbər yarışda ölkəmizin idman şərəfini baş məşqçi Hidayət Şabanovun rəhbərliyi ilə 10 nəfərdən ibarət milli yığma komanda qoruyacaqdır. İki aydan bəri “Şua” İdman-Sağlamlıq Kompleksində təlim-məşqlərdə olan yığma komandamızın heyətində yeniyetmələrdən İsmayıl Quliyev (55 kq), Rafiz Həsənov (60 kq) və İsrafil Şirinov (70 kq), gənclərdən Rüstəm Mədətov (60 kq), Pərviz Abdulkərimov (65 kq), Rafael Ağayev (70 kq), Amal Atayev (75 kq), Şahin Atamov (80 kq), Ceyhun Əliyev (+80kq) və Cavid Kərimov (+80 kq) təmsil olunurlar. Təlim–məşqlər noyabrın 7-də başa çatdı.
Çempionatla eyni vaxtda Dünya Karate Federasiyasının illik konqresi də keçiriləcəkdir. Tədbirdə Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti, VI dan qara kəmər sahibi Ülvi Quliyev və Azərbaycan Milli Karate Federasiyasının prezidenti, VII dan qara kəmər sahibi Yaşar Bəşirov iştirak edəcəklər.