Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib VİDEO

Bakı, 16 noyabr, P.İmanova, F.Hüseynova, AZƏRTAC

Bu il görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, “Şöhrət” ordenli, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyi tamam olur.

AZƏRTAC xəbər verir ki, noyabrın 16-da AMEA-da bu elmi qurumun, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin və Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 30 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib, görkəmli alimin kosmik aparatların yaradılması, kosmonavtikanın inkişafı sahəsində müstəsna xidmətlərindən danışıb.

Qeyd edilib ki, bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr edən K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub. K.Kərimov hərbi xadim olmaqla yanaşı, həm də elmi fəaliyyətlə də məşğul olub, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr verib. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxlu dövlət mükafatlarına layiq görülən K.Kərimov müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif edilib.

“Azərkosmos” ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev əfsanəvi şəxsiyyət K.Kərimovun araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən danışıb. Xalqımızın tarixboyu yüzlərlə dahi şəxsiyyətlər, alimlər, filosoflar, dövlət xadimləri yetişdirdiyini deyən R.Nəbiyev kosmik sahədəki böyük imzalar içində azərbaycanlı imzasının da olduğunu söyləyib.

Bildirilib ki, bu imza 100 illik yubileyini qeyd etdiyimiz görkəmli alim və mühəndis, sovet kosmik proqramının banilərindən biri, 25 il pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olmuş Kərim Kərimova məxsusdur.

R.Nəbiyev ASC-nin hazırkı fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə də məlumat verib. Qeyd edilib ki, ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına başlanılıb. Ölkəmizdə kosmik sənayenin inkişafının ikinci mərhələsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən və müasir Azərbaycan tarixinin uğurlu layihələrindən biri olan “Azerspace-1” telekommunikasiya peykinin 2013-cü ildə orbitə çıxarılması ilə dövlətimiz azsaylı ölkələrin təmsil olunduğu “kosmik klub”a üzv olub.

Ölkə başçısının rəhbərliyi ilə dövlətimiz digər sahələrdə olduğu kimi, bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması üçün uzunmüddətli strateji yanaşma sərgiləyib. Bu yanaşmanın əsas prinsipləri 2009-cu ildə qəbul edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əksini tapıb. Ötən altı ilin təcrübəsi göstərir ki, ölkəmizin müasir kosmik sənayeyə fundamental elmi tədqiqatlar və cihazqayırma sahəsindən deyil, müştərilərə peyk xidmətlərinin göstərilməsi sektorundan daxil olması düzgün strateji seçim olub. Bu strateji yanaşmanın formalaşdırılması və icrası zamanı akademik Arif Paşayevin rəhbəri olduğu Kosmik Məsələlər üzrə Şuranın da əhəmiyyətli rolunu qeyd etmək lazımdır.

R.Nəbiyev deyib: “Bu mühitin formalaşdırılmasına az da olsa, “Azərkosmos” da öz töhfəsini verməkdədir. Gənclərin innovativ layihələrə cəlb edilmələri, elmi tədqiqatla məşğul olan təşkilatlarla yeni model əməkdaşlıq, şirkət daxilində gənc mütəxəssislərə özünüreallaşdırma imkanının verilməsi bu istiqamətdə atılan addımlardandır. Bu gün “Azərkosmos”da çalışan gənclər orada formalaşmış korporativ mədəniyyətin və biznesin idarəolunması sahəsindəki təcrübənin daşıyıcısıdırlar. Əminəm ki, onlar gələcəkdə öz bilik və bacarıqlarını istənilən digər sahədə də uğurla tətbiq etmək iqtidarındadırlar”.

Tədbirdə rusiyalı kosmonavt Oleq Kotov K.Kərimovun dünya kosmos elminin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Qeyd edilib ki, K.Kərimov kimi görkəmli alimlərin sayəsində keçmiş SSRİ-də kosmonavtika elmi bu cür yüksək səviyyəyə çatıb. Sonra qonaq “Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram” mövzusunda təqdimatla çıxış edib. O.Kotov pilotlaşdırılmış kosmik aparatların köməyi ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində Rusiya təcrübəsindən danışıb.

Görkəmli fizik, dünya şöhrətli akademik Roald Saqdeyev K.Kərimovun rəhbəri olduğu kosmik layihələrdən, sovet kosmonavtikasının, raket qurğularının yaradılması və inkişaf etdirilməsində xidmətlərindən, elmi ixtiralarından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirilib ki, K.Kərimov çox mərd, prinsipial və müdrik insan idi. O, ən çətin məqamlarda belə hər zaman düzgün qərarlar verirdi.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi baş direktorunun birinci müavini, texnika elmləri doktoru Tofiq Süleymanov “Kosmos generalı Kərim Kərimovun ömür yolları” mövzusunda məruzəsində alimin həyat və fəaliyyətindən, onun raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışdığı zaman göstərdiyi yüksək təşkilatçılıqdan və elmi ixtiralarından danışıb. Bildirilib ki, 1917-ci ildə Bakıda neft sənayesi üzrə mühəndis-texnoloq ailəsində anadan olmuş K.Kərimov hələ uşaqlıq illərindən radiotexnikaya böyük maraq göstərib. O, 1936-1938-ci illərdə Novoçerkassk Sənaye İnstitutunda oxuyub, eyni zamanda, həmin ali məktəbin radioşəbəkəsində növbətçi radiotexnik kimi çalışıb. Sonradan təhsilini Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində davam etdirib. 1946-cı ildən başlayaraq K.Kərimov ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlayıb. Bu nailiyyətinə görə K.Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət Mükafatına layiq görülüb.

Nəzərə çatdırılıb ki, Baykonur kosmodromunun əsası qoyulan gündən K.Kərimov Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində K.Kərimovun da rolu az olmayıb. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra K.Kərimov SSRİ-nin ən yüksək ordeni - Lenin ordeni ilə təltif olunub. K.Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünüb və bu istiqamətdə bir neçə dəyərli təklif irəli sürüb. O, həyatını raket texnikası ilə bağlayıb, ömrünün sonunadək raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışıb, zehni və fiziki qüvvəsini əsirgəməyib. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə verib. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub.

Qeyd edilib ki, zaman keçdikcə K.Kərimov həyata keçirdiyi elmi-texniki araşdırmalarının nəticələrini “Messina-1 radiotelemetrik sistemi” kitabında cəmləşdirib, onu ixtisasçı mütəxəssislərin ixtiyarına verib. K.Kərimov 1952-ci ildən raket qoşunları idarəsi rəisinin müavini, uzaq mənzilli raketlər üzrə Dövlət Komissiyasının sədri kimi məsul vəzifələrdə çalışıb. 1955-ci ildən Kosmik Vasitələr Baş İdarəsinin rəisi, sonradan isə bir sıra kosmik komplekslərin uçuş sınaqları üzrə dövlət komissiyalarının sədri vəzifələrinə təyin olunub. O, 1966-cı ildə pilotlu Kosmik Uçuşlar üzrə Dövlət komissiyasının sədri vəzifəsinə təyin edilib və 25 il fasiləsiz bu vəzifədə çalışıb.

Sonda görkəmli alimin xatirəsinə həsr olunan “Yüksəliş” sənədli filmi nümayiş olunub.

Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb