Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub VİDEO

Sofiya, 21 noyabr, AZƏRTAC

Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, sabiq prezidenti Stefan Vodeniçarov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstan Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və tarixçilər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev və kitabın redaktoru Solmaz Süleymanova çıxış ediblər.

Səfir Nərgiz Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu qeyd edib. O, Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər tarixi bölgələrdə aşkar edilmiş arxeoloji tapıntıların, o cümlədən Azıx mağarasında 300-400 min əvvələ aid insanın alt çənə sümüyünün Azərbaycanın qədim insan məskənlərindən olduğunun bariz nümunəsi olduğunu əlavə edib.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq ölkəmizdə müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləyib. Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinədək mövcud olduğunu bildirib. Səfir məhz Qafqaz Albaniyası ərazisinin Cənubi Qafqazda ilk xristian icmalarının məskənlərindən biri hesab edildiyi barədə məlumat verib. O, Azərbaycanda xristianlığın tarixinin Alban Kilsəsinin yaranması ilə eyni vaxta təsadüf etdiyini və bu kilsənin xristianlığın tarixində mühüm rol oynadığını vurğulayıb.

Nərgiz Qurbanova 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirib və bu dövlətin müsəlman Şərqində ilk demokratik, dünyəvi respublika olduğunu bildirib. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat verib.

Diplomat Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə bildirib. O, sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdəbirinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsinin və mülki infrastrukturunun böyük itkilərə məruz qaldığını diqqətə çatdırıb.

Səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul edildiyini xatırladaraq, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsini, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulayıb.

Diplomat bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfələrini qeyd edib və ona təşəkkürünü bildirib.

BEA-nın Tarix İnstitutunun direktor müavini B.Nyaqulov müasir qlobal dünyada xalqların bir-birini qarşılıqlı şəkildə tanımasının zəruri olduğunu deyib. O, Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların - yerli əhalinin etnik və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgəyaşayışı və s. barədə danışıb. İnstitutun direktor müavini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd edib.

AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. O deyib ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. E.Fayqlın Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edən Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. O, həmçinin I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və s. barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dostluq əlaqələrindən bəhs edib. Tarixçi alim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində sözügedən kitabın bolqar dilində tərcümə olunmuş versiyasının təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Kitabın tərcüməçisi T.Enev nəşrlə ilk tanışlığından, əsərin onda necə dərin iz buraxmasından və beləliklə, kitabın bolqar dilinə tərcüməsinə qərar verməsindən söz açıb. O bildirib ki, onun dostları arasında azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar edib. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim edildiyini söyləyib. Sonda o bildirib ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Kitabın redaktoru S.Süleymanova nəşrin bolqar dilinə tərcümə edilməsinin tarixi barədə məlumat verib. O, kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümidvar olduğunu bildirən S.Süleymanova nəşrin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. O deyib ki, kitab azərbaycanlı tərəfindən deyil, müasir Avropanın ürəyində yaşayan avropalı tərəfindən qələmə alınıb və bu, bir avropalının Azərbaycan tarixini və reallığını necə qəbul etməsinin parlaq nümunəsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb