Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla – 2017 tədbiri keçirilib VİDEO

Bakı, 27 noyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Coğrafi İmla - 2017 adlı nadir beynəlxalq layihə həyata keçirilib. İlk dəfə 2015-ci ildə Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Rus Coğrafiya Cəmiyyəti tarixən rus xəritəşünaslığının mərkəzlərindən biri olub. V.Y.Struve, F.F.Şubert, N.D.Artamonov, K.A.Salişşev kimi məşhur geodezist, topoqraf və kartoqraflar bu cəmiyyətin üzvləri olublar. Cəmiyyətin kartoqrafiya toplusu 1845-ci ildə cəmiyyətin yaradıldığı vaxtdan formalaşmağa başlayıb. Bu gün həmin topluda 40 minə yaxın nadir atlas və xəritə var. Son illərdə isə yeni buraxılmış kartoqrafiya materialları və geoloji informasiya xarakterli məlumatlar hesabına, o cümlədən cəmiyyətin qrant dəstəyi sayəsində həmin toplunun həcmi əhəmiyyətli dərəcədə artıb. 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya Coğrafi İmla tədbiri keçirilib.

Beynəlxalq Coğrafi İmla əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyasıdır. 2017-ci ildə İmla artıq beynəlxalq səviyyəyə çatıb və bu il noyabrın 26-da dünyanın 25-dən çox ölkəsində (o cümlədən Rusiya, Azərbaycan, Argentina, Çexiya, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və başqa dövlətlərdə) imla keçirilməsi məqsədilə məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət göstərirdi.

MDU-nun Bakı Filialında Beynəlxalq İmlada iştirak etmək arzusunda olanların sayı 800-dən çox idi. Qeyd etmək lazımdır ki, Filial bu tədbirin keçirilməsi üçün ən böyük məkanlardan birini təqdim edib və imla iştirakçılarının sayına görə Rusiyadan xaricdəki məkanlar arasında birinci olub.

Həmin gün Filialın tədris korpusunun auditoriyalarında bütün zəruri şərait yaradılmış, texniki cəhətdən yüksək səviyyədə təchiz olunmuş 12 auditoriya ayrılmışdı.

Rus dilində keçirilən coğrafi imlada iştirak etmək könüllü idi. İmla müxtəlif çətinlik dərəcəli 3 bloka bölünmüş 30 test tapşırığından ibarət idi. Birinci blokdakı suallar coğrafi anlayış və terminlərlə bağlı biliklərə aid idi. İkinci blok xəritə ilə işləmək bacarıqlarının yoxlanmasına, üçüncü blok isə səyyahların gündəliklərindəki qeydlərə və bədii əsərlərdən seçilmiş parçalara əsasən coğrafi obyektlərin təyin edilməsinə yönəlmişdi.

İmla başlanmazdan əvvəl tədbirin hər bir iştirakçısına imlanı yazmaq üçün möhürlənmiş blank, tapşırıqların mətni yazılmış blank və onun doldurulmasına dair şifahi təlimat paylandı. Hər bir iştirakçıya fərdi eyniləşdirmə nömrəsi verilmiş, bu nömrə imla yazma üçün blank alınarkən həmin blanka yazılır. Eyniləşdirmə nömrəsi kəsmə vərəq şəklində də təkrarlanır və həmin vərəq imlanın iştirakçısında qalır. İmlaya görə verilən balların maksimum sayı 100-dür. Tapşırıqların yerinə yetirilməsi uçun iştirakçılara 45 dəqiqə vaxt verilib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ayrılan ümumi vaxt 60 dəqiqə olub.

İmla başlanmazdan əvvəl Rus Coğrafiya Cəmiyyəti tərəfindən hazırlanmış maraqlı materiallar nümayiş etdirilib. “Putoran vadisi. Əlçatmaz gözəllik”, “Multi-Rusiya”, “Rusiya qoruqları”, “Rusiya zirvələri”, “Yeri gəlmişkən, coğrafiya haqqında” adlı videomateriallar imla iştirakçılarının böyük marağına səbəb olub. Yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq arzu edən hər kəs bu imlada iştirak edirdi. Burada Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşlarını, “Rossotrudniçestvo” agentliyinin, Moskvadan Rus Coğrafiya Cəmiyyətinin nümayəndələrini, məktəbliləri və tələbələri, ölkənin ali məktəblərinin professor və müəllimlərini, AMEA alimlərini, yaradıcı ziyalıların və digər müxtəlif peşələrin nümayəndələrin görmək olardı. İmla dərsinin keçirilməsi üçün auditoriyalarda işə cəlb edilmiş bütün moderatorlar M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri idi.

Tədbir iştirakçıları öz şərhlərində MDU-nun Bakı Filialında imlanın yüksək səviyyədə təşkil olunmasını və keçirilməsini, Azərbaycanda belə bir layihənin reallaşdırılmasının vacibliyini qeyd ediblər.

Rusiyanın Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri İqor Yeronin: “Artıq üçüncü ildir ki, keçirilən Coğrafi İmla insanların təhsili ilə bağlı yaxşı bir ənənəyə çevrilib. Azərbaycanda bu imla Rusiyanın ən yaxşı ali məktəbini təmsil edən MDU-nun Bakı Filialında keçirilir. Təəccüblü deyil ki, bu hadisə məhz burada keçirilir. İştirakçıların sayı dünyanın istənilən başqa ölkəsindəkindən çoxdur”.

285 nömrəli məktəbin müəllimi Safura Rəhimova imlada öz uşaqları - 278 nömrəli məktəbin şagirdləri 14 yaşlı Nigar və 10 yaşlı Nicat ilə birlikdə iştirak edib. O deyir: “Coğrafi imla bu bazar günü bizim üçün ailəvi bayram oldu. Burada, MDU-nun Bakı Filialında biz çoxlu yeni və maraqlı məlumatlar aldıq. Belə tədbirlər intellektual inkişafa komik edir, insanın dünya görüşünü xeyli genişləndirir. Bu, bizim uşaqlarımızın inkişaf etməsi üçün gözəl imkandır”.

Rus Coğrafiya Cəmiyyətinin Moskva vilayət bölməsinin icraçı direktorunun müavini Yuri Minnikov: “MDU-nun Bakı Filialında Coğrafi İmla üçün ayrılmış məkan bu məqsədlə dünyada ayrılan ən böyük məkandır. Hər şey - imlanın təşkili, iştirakçıların sayı, bu hadisəyə maraq ən yüksək səviyyədədir. Bütün bunlar onu göstərir ki, imla bayramı baş tutub! MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevaya və bu tədbirin baş tutmasına kömək etmiş hər kəsə Azərbaycanda coğrafi imlanın keçirilmiş üçün gözəl şərait yaratdıqlarına görə dərin minnətdarlığımı bildirmək istərdim. Biz bu barədə Moskvada hökmən danışacağıq. Hamınız çox sağ olun!”

Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Rüfət Qasımov: “İmla ölkənin təhsil sisteminin həyatında mühüm hadisə oldu. Bu tədbirdə yaşından və sosial mövqeyindən asılı olmayaraq hər kəs öz biliklərini yoxlamaq, çoxlu yeni məlumatlar almaq imkanına malik idi. İnsan bütün həyatı boyu öyrənməlidir. İqtisadiyyat sahəsində çalışan bir müəllim kimi, mənim üçün özümü coğrafiya sahəsində sınamaq, ölkəmizin gələcəyi olan istedadlı, biliklərə can atan gəncləri görmək çox maraqlı idi”.

MDU-nun Bakı Filialının iqtisad fakültəsinin ikinci kurs tələbəsi Şəbnəm Quliyeva: “İmla bizim doğma Filialda keçirilir və bu, bizim üçün sevindirici hadisədir. İqtisadiyyat ilə sıx bağlı olan coğrafiya məni həmişə maraqlandırıb və bu sahədə öz biliklərimi yoxlamaq mənim gələcək inkişafım üçün mühüm amildir”.

189-190 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Riad Mirzəyev: “Burada mən ümumtəhsil məktəblərinin çoxlu şagirdlərini, öz dostlarımı gördüm. Bizim yaşda biliklər əldə etmək çox vacibdir, onlar gələcəkdə hökmən lazım olacaq. Qeyd etmək istərdim ki, suallar çox maraqlı və ibrətamiz idi. Bu imla mənim üçün bir növ müsabiqə oldu. Mən özümü yoxlamaq istəyirdim və bu təcrübə çox faydalı oldu”.

Eldar Quliyev adına 145 nömrəli məktəbin 10-cu sinif şagirdi Fidan Quliyeva: “Azərbaycanda coğrafi imla keçirilməsi bizi çox sevindirdi. Bizim Rusiya tarixinə və Rusiya coğrafiyasına çox böyük marağımız var və bu tədbir bizə bu sahədə öz biliklərimizi yoxlamaq, Rusiya haqqında yeni biliklər əldə etmək imkanı verir”.

Bakıya Dnepropetrovskdan köçüb gəlmiş Lyubov Abdullayeva: “Rus Coğrafiya Cəmiyyətinin MDU-nun Bakı Filialında həyata keçirilən layihəsi ölkələr arasında dostluq körpüsüdür. Bu tədbir uşaqların, gənclərin və yaşlı nəslin böyük diqqətini cəlb edib. Coğrafi İmla xalqları, müxtəlif yaşlı və müxtəlif peşələrə aid insanları birləşdirir”.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov: “Müasir dünyada tarixi və coğrafiyanı bilmək çox vacibdir. Coğrafi İmla beynəlxalq miqyaslı hadisədir. Azərbaycanda MDU-nun Bakı Filialında və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilən bu tədbirdə mindən çox insan iştirak edir. Bu, MDB ölkələrində ən yüksək nəticə və bizim ümumi qələbəmizdir”.

İmlanın moderatoru, M.V.Lomonosov adına MDU-nun iqtisad fakültəsinin professoru Kaysın Xubiyev: “İmlanın MDU-nun Bakı Filialında keçirilməsi faktı mənim üçün xüsusilə maraqlıdır. Bu layihənin MDU-nun Bakı Filialında təşkili və keçirilməsi ən yüksək tərifə layiqdir. Bu mühüm hadisədə iştirak etməyimə görə çox şadam”.

İmlanın moderatoru, MDU-nun fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Slepkov: “Mən özüm də imlada iştirak etdim, ola bilsin ki, sualların hamısına cavab vermədim, lakin bu çox maraqlı tədbirdir və mənim çox xoşuma gəldi. MDU-nun Bakı Filialı Coğrafi İmlanın keçirildiyi ən böyük beynəlxalq məkanlardan biridir. Cari il M.V.Lomonosov adına MDU-nun Bakı Filialı üçün yubiley ilidir - 10-cu tədris ilidir. Artıq çoxdandır ki, bu Filial iri beynəlxalq layihələrin uğurla həyata keçirildiyi və belə tədbirlərin yüksək səviyyədə reallaşdığı bir məkana çevrilib. Məsələn, 2015-ci ildə Filialda dünyanın 80 ölkəsindən 600-ə yaxın şagirdin iştirakı ilə məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirildi. Beynəlxalq Olimpiadanın İdarəetmə Komitəsinin rəyinə görə, həmin olimpiada məktəblilərin kimya olimpiadalarının keçirilməsi tarixində ən uğurlu və ən yaxşı olimpiada oldu.

Ona görə də ən yüksək səviyyədə təşkil olunmuş bugünkü tədbir də ən gənc iştirakçılarının başlamış yaşlı nəslin nümayəndələrinə qədər hər kəsin böyük marağına səbəb oldu. Ümumiyyətlə, Filialın təchizatının yüksək səviyyədə olmasını, buradakı müasir auditoriya və laboratoriyaları qeyd etmək istərdim. Burada işləmək və təhsil almaq çox xoşdur. Təsadüfi deyil ki, İmla məhz MDU-nun Bakı Filialında keçirildi”.

İmlanın moderatoru, filologiya elmləri doktoru, M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsinin ən yeni rus ədəbiyyatı tarixi və müasir ədəbi proses kafedrasının müdiri Mixail Qolubkov: “Bu ildən etibarən Coğrafi İmla beynəlxalq miqyas alıb. Bu vaxt Bakıda olmağıma və belə mühüm bir layihədə iştirak etməyimə görə çox şadam. Bu, MDU-nun Bakı Filialının və Azərbaycan paytaxtının həyatında çox mühüm hadisədir, çünki ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına, Rusiya coğrafiyasının öyrənilməsinə şərait yaradır. Bu hadisə bizim həyatımızda bayramdır. Mən bu tədbirin uğurla həyata keçirilməsi münasibətilə Bakı Filialının bütün kollektivini təbrik edirəm”.

Rus Coğrafiya Cəmiyyətinin Azərbaycandakı təşəbbüs qrupunun rəhbəri Cavid Zamanov: “MDU-nun Bakı Filialında Coğrafi İmlanın keçirilməsi böyüməkdə olan nəslin təhsilinin və tərbiyəsinin inkişafına böyük töhfə verməklə bərabər, həm də bütün iştirakçılar üçün gözəl bayram oldu”.

Həmin gün M.V.Lomonosov adına MDU-nun Bakı Filialında bu nadir tədbirin əvvəlindən sonuna qədər əsl bayram şəraiti hökm sürürdü.

Coğrafi İmlanın bütün iştirakçılarına sertifikatlar verildi. İmlanın nəticələri dekabrın 25-də elan ediləcək.

Qeyd edək, MDU-nun Bakı Filialında 6 fakültə fəaliyyət göstərir: tətbiqi riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika fakültələri. Filialın çox zəngin kitabxanası, kimya, fizika və psixologiya fakültələrində tədris prosesinin təmin edilməsi və elmi tədqiqat işləri aparılması üçün zəruri olan, demək olar ki, istənilən dərəcədə mürəkkəb eksperimental araşdırmalar aparmağa imkan verən ən müasir avadanlıqla təchiz olunmuş, 22 tədris-elmi laboratoriya var. Bakı Filialı həm humanitar, həm də fundamental elm sahələrində gənc tədqiqatçıların elmi potensialının artırılmasına həmişə xüsusi diqqət yetirir. Artıq üçüncü ildir ki, MDU-nun rəhbərliyi Filialın məzunlarına Moskva Dövlət Universitetinin əyani aspiranturasında pulsuz oxumaq üçün yerlər ayırır. Bakı Filialı lap əvvəldən özü üçün asan olmayan yol seçib: burada indiki dövrdə çox populyar olan beynəlxalq hüquq, hüquqşünaslıq kimi ixtisaslar və istiqamətlər açmaq əvəzinə, humanitar ixtisaslarla yanaşı dəqiq elmlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanmasına xüsusi diqqət yetirilib və bu gün də belədir. Bu yaxınlarda Filialda ən müasir avadanlıqla təchiz edilmiş yeni “Nüvə və atom fizikası” tədris laboratoriyası açılıb.

Filialın nisbətən qısa müddətdə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin bütün sahələrində qazandığı nailiyyətləri çox sadalamaq olar.

Rus Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz Filialın bütün uğurlarını və nailiyyətlərini nəzərə alaraq bu İmlanın məhz MDU-nun Bakı Filialında keçirilməsi təşəbbüsü ilə Filialın rektoru akademik Nərgiz Paşayevaya müraciət edib.

MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla – 2017 tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb