Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Slavyan Universitetində müzakirələr: “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) “XXI əsr - dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə məlumat verib. XXI əsrdə Azərbaycan təhsil sistemində bir sıra nailiyyətlərin əldə olunduğunu deyən rektor bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş xalqımızın zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu bildirib. Azərbaycanın bütün sahələr üzrə inkişaf tendensiyasından söz açan N.Əliyeva diqqətə çatdırıb ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olması göz qabağındadır. Azərbaycanda hökm sürən multikultural mühitdən, tolerant dəyərlərdən söhbət açan rektor diqqətə çatdırıb ki, multikulturalizm ənənələrinin ölkəmizin dövlətçilik prinsiplərində aparıcı yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Multikulturalizmin mərkəzi sayılan BSU-da əcnəbi tələbələrin təhsillərinin mükəmməlləşdirilməsi istiqamətində hər cür şəraitin yaradıldığını vurğulayan N.Əliyeva deyib: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf edərək dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa vaxtda ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rifahının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi respublikamızın tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olub”.

Əsrin aktual mövzusuna həsr olunan “dəyirmi masa”nın mahiyyətindən danışan rektor bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan tədbirdə müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.

Tədbirin moderatoru, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos vurğulayıb ki, “dəyirmi masa”nın mövzusunun aktuallığını qeyd edib. Bildirilib ki, hazırda ən zəruri amil hesab edilən müasir təhsil sistemi cəmiyyətin ayrılmaz sahəsidir. Səfir Azərbaycan ilə Yunanıstan arasında təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan BSU-nun fəaliyyətini yüksək dəyərləndirib. O, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rol oynayan BSU-da təşkilindən məmnunluğunu bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, ölkəmizdə təhsil sisteminin inkişafı respublikada bir çox sahələrdə nailiyyətlərin əldə edilməsinə səbəb olur. Beynəlxalq təhsil amilinin hər bir fərdə təsir etmək gücünə malik olduğunu söyləyən səfir bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkünlüyünü diqqətə çatdırıb. Dünyada tüğyan edən terrorizmdən danışan E.Özoral Dağlıq Qarabağ problemi barədə məlumat verib. O, münaqişə nəticəsində ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əminliyini bildirib. BSU ilə Türkiyənin nüfuzlu təhsil ocaqları arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini vurğulayan səfir burada türkiyəşünaslıq üzrə təhsil alan tələblər üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında humanitar münasibətlər müvafiq sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. O.Muraşev ölkələrimizin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokolların mövcudluğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, BSU Azərbaycanda rus dilinin və rusdilli təhsilin yüksək inkişafı sahəsində danılmaz xidməti olan qabaqcıl universitetdir. Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq ənənələrinin bağladığını deyən O.Muraşev ötən 25 il ərzində təhsil və mədəniyyət kimi qiymətli irsin qorunub saxlandığını, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını söyləyib.

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu bildirib. Ölkələrimiz arasında etibarlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində özünü daha qabarıq büruzə verdiyini deyən M.Tsalka Azərbaycanda beynəlxalq təhsil standartlarına cavab verən belə bir ali məktəbin olmasını sevindirici hal kimi dəyərləndirib. Səfir BSU-da polyakşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə dərs deməyə maraq göstərən polyak müəllimlərin sayının ildən-ilə artmasının gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd edib.

Çexiyanın ölkəmizdəki səfirinin müavini Petr Vaqner ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin BSU-da tədrisini yüksək dəyərləndirib. Səfirlik tərəfindən Azərbaycanda məhsuldar görüşlərin keçirdiyini bildirən P.Vaqner ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. BSU-da çex dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirən səfir bu qurumun Çexiya universitetləri ilə müvafiq sahədə əməkdaşlığının təqdirəlayiq olduğunu deyib.

Mövzu ilə bağlı fikirlərini bölüşən Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ölkələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan Y.Yanakiyev qeyd edib ki, BSU-da bolqar dilinin, tarixinin və mədəniyyətinin tədrisi bu ölkədə təhsillə yanaşı, mədəniyyət istiqamətində də inkişafın yüksək olmasından xəbər verir. Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş "Trapezitsa" Memarlıq Muzeyi Qoruğu barədə məlumat verən Y.Yanakiyev bütün bu sadalananları təhsil və mədəniyyətin harmoniyası kimi səciyyələndirib.

Sonra tədbir iştirakçıları BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri ilə tanış olublar.

BSU-nun foyesində universitetin “Arzu” rəqs ansamblının ifasında Azərbaycan, türk, Ukrayna, Belarus, yunan, bolqar, polyak xalqlarına məxsus milli rəqslər nümayiş olunub.

Bakı Slavyan Universitetində müzakirələr: “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur