Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bənzərsiz Novruz mərasimi: “Padşah oyunu” – FOTOREPORTAJ VİDEO

AZƏRTAC-ın bölgə müxbiri Beyləqanın Günəşli kəndində xeyirxahlıq təcəssümü olan qeyri-adi Novruz mərasimini lentə alıb

Beyləqan, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın ən əziz bayramlarından olan Novruz ölkəmizin hər yerində məhəbbətlə, təntənə ilə qeyd edilir. Adət-ənənələri, inancları ilə zəngin olan bu bayramda icra edilən oyun və mərasimlərin bir çoxu əsrlər boyu folklorumuzda yaşadılaraq günümüzə qədər gəlib çatıb. Novruz bayramı ilə bağlı olan belə mərasimlərdən biri də “Padşah oyunu”dur. Qarabağda “Padşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, Ordubadda “Xan bəzəmə” adı ilə tanınır. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın kəndlərində, Ordubad rayonunda isə Novruz bayramı günlərində - martın 21-22-də keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri Beyləqan rayonunun Günəşli kəndində keçirilən Novruz şənliyinin, o cümlədən “Padşah oyunu”nun iştirakçısı olub. Keçən əsrin ortalarında Cəbrayıl rayonunun Sirik kəndindən Beyləqana gələn bütün sakinlər bayram şənliyində iştirak edir. Həmin gün respublikanın müxtəlif bölgələrində yaşayan siriklilərin də bayramı Günəşli kəndində qeyd etməsi ənənə halını alıb.

Bayrama bir neçə gün əvvəl hazırlaşan cavanlar kəndin stadionunda xüsusi mağar qururlar. Kəndin qız-gəlinləri bayram mərasiminə əllərində xonça və səmənilərlə gəlirlər.

Mərasim başlayanda “şah” musiqi sədaları altında, “vəzir-vəkil”in, “fərraş”ların əhatəsində məclisə daxil olur. Stadionda Novruz tonqalı qalanır, kənd sakinləri dövrə vurub yallı gedirlər. Sonra “şah” “vəzir-vəkil”in, “fərraş”ların müşayiəti ilə mağara gələrək, “taxt”ında oturur və “səlahiyyət”lərinin icrasına başlayır.

“Padşah oyunu”nda “şah”ı “fərraş”lar qoruyur. Mərasimdə “şah” danışmır, “vəzir” isə müəyyən “əmr”lər verir, yanındakı adamlar onun “əmr”lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar “fərraş”lar tərəfindən tutularaq “padşah”ın hüzuruna aparılır və “cəzalandırılır”. Məclisdə adamlar əsasən “pulla cərimələnir”. Pullar “xəzinə”də yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Bəzən isə “şah”ın əmri ilə cəza verilən adamı şallaqlayır və ya kəndirə bağlayaraq “dar ağacı”ndan asırlar.

Çal-çağırlı bayram mərasimi gecə saatlarınadək davam edir.

Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan, hazırda Beyləqan rayonu Günəşli kəndində yaşayan Vaqif Əhmədov bildirib ki, kənd sakinləri əsrlər boyu Novruz adətlərini qoruyub saxlayıblar: “Sovet dövründə “Padşah oyunu”nunu keçirməyə icazə verilmir, dini don geyindirilirdi. Lakin kənd sakinləri qadağalara baxmayaraq bu ənənəni yaşadıblar. Bayram keçirilən gün nəinki kənd sakinləri, eləcə də ətraf kəndlərdən və rayonlardan da gəlib mərasimdə iştirak edirlər. Bu bayramda bir-birindən narazı, küsülü insan qalmır”.

Kəndin digər sakini Arif Zamanov deyib ki, hamı bayramda çox həvəslə iştirak edir. Müəyyən səbəblərə görə respublikanın müxtəlif yerlərində olan kənd sakinləri də həmin gün elimizin bu gözəl bayramına qatılır, hər kəs deyir, gülür, rəqs edir. Bayramın qaydalarına görə bəzi insanlar məcazi mənada cəzalandırılır ki, bu da mərasimin maraqlı olması üçündür.

“Padşah oyunu” mərasimi Beyləqan rayonunun Günəşli kəndi ilə yanaşı, Bakı şəhərində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər tərəfindən də qeyd edilir. Ancaq Cəbrayılın Sirik kəndində keçirilən mərasimlər daha maraqlı, daha şən və təmtəraqlı olardı. Bu Novruz günündə ən böyük arzumuz işğal altındakı bütün torpaqlarımızın tezliklə azad edilməsi və növbəti bayramları ata-baba yurdumuzda qeyd etməkdir”, - deyə A.Zamanov vurğulayıb.

Bənzərsiz Novruz mərasimi: “Padşah oyunu” – FOTOREPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək