ORDU
Ali Hərbi Məktəbin kursantları səhra çıxışında praktiki tapşırıqları icra edir VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, xüsusi avadanlıqla təchiz edilmiş təlim poliqonunda bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə şəxsi heyət xüsusi və döyüş hazırlığı fənləri üzrə məqbullar verir. Eləcə də mərhələlərlə zirehli döyüş maşınları, artilleriya qurğuları və müxtəlif atıcı silahlardan təlim atışı çalışmaları yerinə yetirilir.