CÜMHURİYYƏT - 100


Qarsdakı yubiley mərasimində Cümhuriyyətimizin tarixi və ulu öndər Heydər Əliyevin siyasi nailiyyətləri iftixarla yad olunub

Qars, 16 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin “Qonaq evi”ndə yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilib.

Daha sonra Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars vilayətinin valisi Rahmi Doğan və professor Hacəli Nəcəfoğlunun çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və həmin ərəfədə süni yaradılan Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxardığı böyük problemlər, eləcə də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışılıb. Çıxışçılar vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan və Türkiyənin birgə tərəqqisi üçün tarixi şans yaradıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, eləcə də ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinə dair iki film nümayiş olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.