Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru ilə görüşüb YENİLƏNİB VİDEO
Əskişəhər, 12 iyun, AZƏRTAC
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.