Beynəlxalq musiqi festivalı çərçivəsində növbəti kamera konserti VİDEO




Qəbələ, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə davam edən X Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 6-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzinin zalında tamaşaçılara növbəti kamera konserti təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kamera musiqisi həvəskarları bu dəfə tanınmış pianoçular - Qəbələ festivalının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin, həmçinin istedadlı gənc musiqiçilər Fərhad Aşumov (violin) və Nərmin Rzayevanın (piano) ifalarını dinləyiblər.
Kamera musiqisi axşamında S.Raxmaninovun və K.Şimanovskinin əsərləri səsləndirilib.