MƏDƏNİYYƏT
Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib VİDEO
İstanbul, 23 fevral, AZƏRTAC
Türkiyənin “Haber Global” telekanalı “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı sənədli film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.
Sənədli filmin fevralın 26-da saat 12.30 və 20.30-da telekanalda nümayiş etdirilməsi nəzərdə tutulur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul