125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçir
Bakı, 11 aprel, Həsrət Mahmudova, AZƏRTAC
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 54 məntəqəsində səsvermə seçicilərin yüksək fəallığı şəraitində, mütəşəkkil qaydada davam edir.
Dairə seçki komissiyasının sədri Əli Mönsümov AZƏRTAC-a bildirib ki, dairə üzrə səsvermə hüququ olan 52 min 676 nəfər var. Onlardan 2207-si ilk dəfə səs verəcək.
Əli Mönsümov qeyd edib ki, səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Seçki məntəqələri səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlərlə təmin edilib.
“Hazırda səsvermə normal şəraitdə davam edir, hər hansı pozuntu qeydə alınmayıb”, - deyə Ə.Mönsümov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]