Bədii gimnastika üzrə dünya kuboku turnirində gərgin idman mübarizəsi davam edir VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gərgin idman mübarizəsi davam edir.
AZƏRTAC xəbər verir ki, fərdi proqramda Azərbaycanı təmsil edən Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə çıxışını başa vurub. B qrupunda yarışan gimnastımız 18,700 xal toplayıb.
Digər təmsilçimiz Veronika Qudis isə C qrupunda mübarizə aparır.
Qeyd edək ki, turnirdə 25 qrup komandası və 70-dən çox gimnast iştirak edir. Qalib adı uğrunda ümumilikdə 39 ölkədən 200-dən çox gimnast yarışır.