Qusarda voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb VİDEO
Qusar, 29 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən turnirdə məktəbli qızlardan ibarət 11 komanda mübarizə aparıb. 150-yə yaxın məktəbli qızın cəlb olunduğu yarış iki gün davam edib.
Gərgin mübarizənin sonunda Gədəzeyxur komandası birinci yerin qalibi adını qazanıb. Mucuq komandası ikinci, Urva kollektivi isə üçüncü yeri tutub.
Qalib komandalar Qusar rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal və diplomla təltif edilib.