Yunan-Roma güləşçilərimizin Göygöl toplanışı davam edir VİDEO
Bakı, 1 may, AZƏRTAC
Yunan-Roma güləşi üzrə yığmamızın Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi iştirak edir.
Aralarında gənclərin də yer aldığı geniş heyət gündə 3 dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Daha sonra millimiz mayın 10-dan 12-dək Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış etmək üçün Kiyevə yollanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]