Azərbaycan millisi paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında ilk medalını qazanıb VİDEO
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli onaltıdabir finalda meksikalı Bryan Gerardo Aburto Beltranı məğlub edib. Səkkizdəbir finalda rusiyalı idmançı Zaur Cəbrayılova qalib gələn paracüdoçumuz növbəti mərhələdə özbəkistanlı Şerzod Namozovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda türkiyəli Receb Çiftci ilə qarşılaşan V.Şirinli rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rumıniyalı Florin Aleksandru Boloqu məğlub edən cüdoçumuz beynəlxalq turnirin qalibi olub və komandamıza ilk medalı qazandırıb.