Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikin turizm istirahət mərkəzlərində boş yer yoxdur REPORTAJ VİDEO

Əcnəbi turistlərin sayında Rusiyadan gələnlər üstünlük təşkil edir

Lerik, 24 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Azərbaycanın əzəmətli dağları, saysız hesabsız qalaları, zümrüd meşələri, nadir ağacları, çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lerik rayonu istər yerli, istərsə də xarici turistlərin istirahət ünvanına çevrilib. Füsunkar təbiəti ilə diqqət cəlb edən Lerikə istirahət etmək üçün üz tutan turistlərin sayı bu il daha çoxdur. Avqust ayının axırlarınadək rayon ərazisindəki istirahət mərkəzlərində boş yer yoxdur.

AZƏRTAC xəbər verir ki, Talış dağlarının zirvəsində yerləşən Lerik rayonunun 161 kəndi var və əhalisinin sayı hazırda 85 minə yaxındır. Rayonun ərazisində 134 tarixi abidə, türbə, ziyarətgah qeydə alınıb. Bunların dördü ölkə əhəmiyyətli olduğundan ciddi qorunur. Lənkəran-Lerik avtomobil yolu boyunca bir sıra turizm, istirahət-əyləncə mərkəzləri inşa edilib. Turizm obyektlərində hər cür şəraiti olan kottec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Bu obyektlərdə 600-dən çox, o cümlədən turizm istirahət-əyləncə mərkəzlərində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün hər cür şərait var.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq dağ və dağ ətəyi ərazilərdə olan turizm obyektlərində demək olar ki, hazırda boş yer yoxdur: “Yerlərin çoxu əvvəlcədən tutulub. Buraya həm yerli, həm də xarici turistlər gəlir. Bakıdan yola çıxan turist rahat magistral yolla rayonumuza asanlıqla gələ bilir. Magistral yolun salınması bölgəyə ümumi turist axının nəzərəçarpacaq qədər artmasına səbəb olub. Keçən ilin eyni dövrü ilə müqayisədə bu il gələn turistlərin sayı təxminən 40-45 faiz çoxdur”.

Uzunömürlülər diyarı kimi tanınan Lerikdə hazırda 13-dən çox istirahət mərkəzi fəaliyyət göstərir. Bunlardan biri müalicəvi istirahət mərkəzidir. Lerikin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə də zəngindir. Yay fəslində ölkəmizin əksər rayonlarından cənub bölgəsinə istirahət etmək üçün gələnlər daha çox Lerikə üz tuturlar.

Onlardan biri də Sevda Hüseynovadır. “Neçə ildir Bakı Metropolitenində çalışıram. Əməkdaşlarımız hər il bura gəlir. Hamısı da bu yerlərdə həm istirahətdən, eləcə də yeməyindən, müalicəsindən çox razı qalır. Mən də ailəmlə gəldim gördüm, çox razıyam”, - deyə o bildirib.

Mingəçevirdən ailəsi ilə birgə Lerikdə dincəlməyə üstünlük verən Rüstəm Abbasquliyev isə deyib: “Gözəl yerdir, istirahət üçün əlverişli məkanları var. Uşaqlarla, ailə ilə bərabər istirahət etmək, təbiətin zənginliyinə, gözəlliyinə baxmaq üçün Lerik füsunkar rayondur. Cənub bölgəsi yeməkləri ilə də çox zəngindir”.

Ailəsi ilə birlikdə Lerikdə dincələn Cövdət Hacıyev qonşu ölkələrin istirahət mərkəzlərinə getməkdənsə, Azərbaycanı qarış-qarış gəzməyi üstün tutur: “Bakıda yaşayıram. Bura ikinci dəfədir gəlirəm. Lerik həqiqətən gözəldir, səfalı bir yerdir. Bəzi insanlar başqa dövlətlərdə - Gürcüstanda, Rusiyada, Türkiyədə istirahət etmək istəyir. Amma bu təbiəti, gözəlliyi heç bir yerə dəyişmərəm. Buranın gözəl istirahət zonaları var. Mən məsləhət görərdim ki, gəlib burada dincəlsinlər. Maddi cəhətdən də çox uyğundur. Gürcüstanda xərclədikləri pulun yarısına burada gözəl dincələ bilərlər. Bakıdan bura məsafə 300 kilometrdir, gəlməyə dəyər”.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirir ki, Lerikə gələn turistlərin təxminən 10 faizi əcnəbilərdir: “Əcnəbi turistlərin sayında Rusiyadan gələnlər üstünlük təşkil edir. MDB dövlətlərindən, İrandan, Avropa ölkələrində gələnlər də var”.

Rusiyalı turist Sveta Kazlova Leriki belə gözəl təsəvvür etmədiyini deyir: “Biz Bakı və Azərbaycan haqqında çox eşitmişik. Ölkəniz haqqında oxumuşuq, internetdə informasiyalara baxmışıq. Sonra bu gözəlliyi, uca dağları, mehriban insanları gəlib görmək arzusunda olduq. Artıq 3 gündür Lerikdə ailəmizlə birlikdə dincəlirik. Hər şey ürəyimizcədir”.

Sveta Kazlovanın həyat yoldaşı Oleq də söhbətə qoşulur: “Biz Lerikin füsunkar mənzərəsindən zövq alırıq. Yeməklərinizin dadına baxmışam. Çox xoşuma gəldi. Kişilər təbii ki, ətli yeməkləri daha çox sevir. Xüsusən də qoyun ətindən olan kabab çox dadlıdır. Belə kabab bizdə yoxdur”.

Lerikə gələn turistlərin daha çox diqqətini cəlb edən nəinki respublikamızda, eləcə də dünyada yeganə olan Uzunömürlülər Muzeyidir. Uzunömürlülər diyarı kimi tanınan Lerikdə planetimizin ən qocaman sakinləri Şirəli Müslümov 168 il, Mahmud Eyvazov 150 il, Məcid Ağayev 143 il ömür sürmüşlər. Bu gün də Lerikdə yaşı 100-ü ötmüş 10-a yaxın sakin yaşayır. Azərbaycanda Azıx mağarasından sonra ən qədim insan məskəni olan Büzeyir mağarası da Lerikin ərazisində yerləşir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji cənnət” adlandıraraq, qiymətli tarixi eksponatlar aşkar ediblər. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar apararaq mərtəbəli qəbirlərdən tapdığı bütün maddi-mədəniyyət nümunələrini özü ilə Fransaya aparıb. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.

Lerikin turizm istirahət mərkəzlərində boş yer yoxdur  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir