Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib YENİLƏNİB 2 VİDEO

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib YENİLƏNİB 2 VİDEO

Bakı, 4 dekabr, Elvin Mövsümov, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev sözü məruzəçi hakim, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzeyə verib.

Rafael Qvaladze çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edib. Azərbaycan Respublikası Prezidentinin sorğusunda göstərilib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 99 səs çoxluğu ilə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmin qərarla Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikasının Konstitusiyasının 981-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti hesab edir ki, Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl hazırkı şəraitdə Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zəruridir.

Sorğuverən tərəfin nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edərək bildirib ki, Milli Məclis 2019-cu il dekabrın 2-də “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib. Həmin qərarda Azərbaycan Respublikası Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilir. Bu qərar faktiki olaraq parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü və iradəsi ilə, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birlikdə onların mütləq əksəriyyəti tərəfindən qəbul olunub.

Gündüz Kərimov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində yeni olan Milli Məclisin buraxılması məsələsi 2016-cı ildə referendum yolu ilə Konstitusiyaya daxil edilib. Həmin tarixdən əvvəl və sonra müasir Azərbaycan Respublikasının konstitusion tarixində bu cür ictimai, siyasi, hüquqi hadisə baş verməyib. Bu müddəa xalq tərəfindən qəbul olunandan sonra da onun tətbiqi üçün heç vaxt şərait formalaşmamış və zərurət yaranmamışdır. Nəticədə göstərilən müddəanın təsir dairəsi, onun tətbiqi mexanizmləri müəyyənləşdirilməmiş və Azərbaycanın hüquq ictimaiyyətində də bu barədə vahid fikir formalaşmamışdır. Eyni zamanda, Azərbaycanın hüquq ədəbiyyatında da bu məsələ tam araşdırılmamışdır. 

Milli Məclisin buraxılmasının ictimai-siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisə olduğunu vurğulayan şöbə müdiri deyib ki, bu hadisənin baş verməsinin nəinki birbaşa bugünkü nəticələri, həmçinin gələcək üçün də çoxşaxəli təsirləri ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərar və qanunlar, növbəti parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər. Bu gün Konstitusiya Məhkəməsinin icraatında olan sorğu bu mülahizələrdən irəli gəlir. Sorğunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin hazırkı vəziyyətdə tətbiqi əsaslarının olub-olmadığını aydınlaşdırmaq, habelə onun tətbiqinin konstitusion qaydalarını, prosedurunu müəyyən etmək və bu müddəanın tətbiqi zamanı hər hansı mənfi hüquqi nəticənin qarşısını almaqdır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu mülahizələrə əsaslanaraq qərara alıb ki, bu sualların aydınlaşdırılması üçün onlar məhz konstitusiya icraatı çərçivəsində nəzərdən keçirilməlidir. Bu məsələləri və Konstitusiyanın 130-cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndini rəhbər tutaraq yaranmış vəziyyətdə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinin qərar qəbul etməsini xahiş edirik”, - deyə Gündüz Kərimov bildirib.

Cavabverən tərəfin nümayəndəsi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə gün əvvəl Milli Məclisin deputatları parlamentə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüslə çıxış ediblər. Milli Məclis isə dekabrın 2-də keçirilən iclasında bu təşəbbüsə hüquqi qiymət verib və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

“Biz - parlamentin üzvləri Azərbaycan Respublikası Prezidentinin bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu ünvanlamasına xüsusi bir dəyər veririk. Çünki Azərbaycan Prezidenti bu addımı atmaqla Azərbaycanda hüquqi dövlətin mövcudluğunu və qanunun aliliyini bir daha təsdiq etdi. Konstitusiya Məhkəməsinin verəcəyi qərar Azərbaycan dövlətçiliyi və hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir”, - deyə Əli Hüseynli bildirib.

Diqqətə çatdırılıb ki, Konstitusiya ilə Milli Məclisin üzərinə qoyulmuş və dövlətin həyatında müstəsna əhəmiyyət kəsb edən mühüm funksiyaları var. Dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə Milli Məclisin iştirakı zəruridir. Konstitusiya məhz bu mənada qanunvericilik hakimiyyətinin dövlətdə xüsusi yerini də qeyd etmiş olur. Əlbəttə ki, Konstitusiyanın 981-ci maddəsində Milli Məclisin buraxılması müddəası qanunverici hakimiyyətin funksiyalarının dayandırıldığı kimi başa düşülməməlidir. Bu maddəyə əsasən Milli Məclisin buraxılmasının məqsədi parlamentin qərarında da qeyd edildiyi kimi, növbədənkənar seçkilərin keçirilməsidir. Konstitusiyanın 981-ci maddəsi məhz növbədənkənar, ümumiyyətlə, yeni seçkilərin keçirilməsi ilə bağlı hüquqi konstitusion bazanı yaratmış olur. Bu maddədə buraxılma qanunvericilik orqanının təkcə qanunların qəbulu ilə bağlı mövcud səlahiyyətlərini məhdudlaşdıra bilər. Amma bütövlükdə Milli Məclisin dövlətçilik üçün əhəmiyyət kəsb edən funksiyalarını - beynəlxalq təşkilatlarda təmsilçiliyi və digər funksiyalarını məhdudlaşdırmamalıdır və parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir. Ümidvarıq ki, möhtərəm hakimlər Milli Məclisin deputatlarının bu arqumentlərini nəzərə alacaqlar.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, parlament dekabrın 2-də keçirilən iclasında qanunverici orqana növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət olunmasına dair Qərar qəbul edib. Səfa Mirzəyev bu məsələ ilə bağlı qərarın qəbulu zamanı Milli Məclisin buraxılması ilə əlaqədar ortaya çıxan digər məsələlərin nəzərə alınmasını xahiş edib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının əsasları Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsində müəyyən edilib. Milli Məclisin üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqeyin formalaşması və bunun nəticəsində parlamentin öz fəaliyyətinin bundan sonra davam etdirməsinin qeyri-mümkün olması qənaətinin yaranması Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində təsbit olunan səlahiyyətlərini gələcəkdə aradan qaldıra bilməyən səbəblər üzündən icra edə bilməməsi kimi qiymətləndirilə bilər. Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının həmin maddələrində göstərilən səlahiyyətlərini aradan qaldıra bilməyən səbəblər üzündən gələcəkdə icra edə bilməməsi isə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi zərurətini yaradır. Buna əsasən belə nəticəyə gəlmək olar ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlamentin fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqeyin formalaşması və bunun nəticəsində parlamentin gələcəkdə fəaliyyətini davam etdirməsi qeyri-mümkün olarsa, Milli Məclis Konstitusiyanın 94-cü və 95-ci maddələrində təsbit edilən səlahiyyətləri aradan qaldıra bilməyən səbəblər üzündən icra etməməsi hesab oluna bilər və bu əsasa görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə tamamilə uyğundur.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

x x x

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.

Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab edilsin.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər