Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır.

Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə artacaq və bu, bizim birgə uğurlu layihəmizdir.

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir.

Eyni zamanda, keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişlər, bir daha həmrəylik göstərmişlər. Bir daha göstərmişlər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir. Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.

Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq.

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz buna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz.

x x x

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi:

-Hörmətli cənab Prezidentim. Əvvəla, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın Sizə salamlarını və ən xoş arzularını gətirdim.

Prezident İlham Əliyev: Sağ olun.

Mövlud Çavuşoğlu: Sizi qısa müddət əvvəl Davosda görməkdən qürur duymuşduq. Amma daha da önəmlisi bəzi panellərdə təkcə qardaş Azərbaycanın gələcəyi üçün deyil, bölgəmiz üçün ortaya qoyduğunuz baxışları da dinləmə imkanımız olmuşdur.

Türk Şurasına sədrliyi uğurla davam etdirən Azərbaycanın türk dünyasının birliyi üçün töhfələrini ən yaxından bilən bizlərik. Bu baxımdan Zirvə Görüşü çox uğurla keçmişdir. Sizin sədrliyinizlə bu Zirvə Görüşündə qəbul edilən qərarlar nəticəsində, inşallah, sabah Xarici İşlər nazirləri olaraq biz də toplantımızı keçirəcəyik və dostlarımızla işlərimizi görəcəyik.

Hörmətli cənab Prezidentimiz, Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz.

Bundan başqa, Avropa Şurasında olsun, digər platformalarda olsun, əlbəttə, bir-birimizi dəstəkləyəcəyik. Siz dediyiniz kimi, hörmətli cənab Prezidentimiz, ikili standart hər yerdə var. Təəssüf ki, ideologiyalara boyun əyən təşkilatlar var. Bunlardan biri də Avropa Şurasıdır. Yeni baş katibə, yeni sədrə, hamısına deyirik ki, mövqeyinizi itirirsiniz, bunları düzəltmək üçün biz töhfə verə bilərik. Amma hazırda təəssüf ki, vəziyyət budur.

Biz bir-birimizi dəstəkləməyi Sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Lütfən, mənim də səmimi salamlarımı əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğana çatdırın. Biz onu Azərbaycanda səbirsizliklə gözləyirik.

Hörmətli Mövlud bəy, sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük xidmətlər göstərirsiniz. Siz Azərbaycanı ürəkdən sevən bir insansınız və müxtəlif vəzifələrdə daim Azərbaycanı dəstəkləmisiniz, müdafiə etmisiniz. Biz sizinlə çoxdandır bir-birimizi tanıyırıq, Avropa Şurası Parlament Assambleyasında bərabər fəaliyyət göstərmişik və daim bir-birimizi dəstəkləmişik.

Sizin Türkiyənin inkişafında çox böyük xidmətləriniz var. Bu gün qardaş Türkiyənin dünya miqyasında güc mərkəzinə çevrilməsində sizin xüsusi rolunuz var. Sizi Azərbaycanda çox yaxşı tanıyırlar. Azərbaycanda sizi sevirlər, ölkəmizin, xalqımızın dostu kimi, qardaşı kimi sizə böyük hörmət göstərirlər. Bütün bu xidmətləri nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilirsiniz və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Dostluq” ordenini Mövlud Çavuşoğluna təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mövlud Çavuşoğlu: Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən, bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacaqdır. Sizin liderliyiniz sayəsində ikitərəfli münasibətlərimiz daha çox gücləndi, Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti olaraq Zati-alinizin liderliyi ilə.

Sizin Azərbaycanla, bölgəmizlə bağlı mövqeyinizi hər kəs təqdir edir. Amma biz bunun reallıqda faydalarını çox gördük. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq, - Elmar qardaşım qısqanmasın, - hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım.

Bizim üçün ən böyük xoşbəxtlik böyüklərimizin bizi təqdir etməsidir. Amma bizim üçün ən böyük şərəf və orden də Azərbaycan və Türkiyə bayraqlarının - türk bayrağının bütün dünyada dalğalanmasıdır. Şanlı bayraqlarımızın dünyada dalğalanması üçün bundan sonra da təkcə siyasi həyatımda deyil, ömürboyu Türkiyə üçün çalışdığım qədər qardaş Azərbaycan və Azərbaycan xalqı üçün də çalışmağa davam edəcəyəm. Bu orden üçün çox təşəkkür edirəm, hörmətli cənab Prezidentim.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mövlud Çavuşoğlu: Sizə ehtiramımı bildirirəm.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır

Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar

“Sabah”ın UEFA Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışa çıxarılıb

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb VİDEO

Bağdad İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına ev sahibliyi edəcək

Qazaxıstanda yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olunub

Almaniyada regional seçkilərin nəticələri ölkənin siyasi gündəmində ciddi müzakirələrə səbəb olub

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam

Bu saata olan əsas xəbərlər

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

Tarixi coğrafiyamız antik və orta əsr mənbələrindəki Albaniya sərhədləri ilə üst-üstə düşür VİDEO

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilib

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

Bakıdan dünyaya uzanan mənəvi irs: Seyid Yəhya Bakuvi VİDEO

ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsert

Antiterror əməliyyatlarının iştirakçısı: Xankəndiyə daxil olanda özümüzdə böyük rahatlıq hiss etdik

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı

Toğrul Əsədullayev: Yeni layihələrimizdə muğam sənətinin təbliğinə xüsusi yer verilir

Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib

Xəzərdə zəlzələ olub

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

Ermənistanın siyasi rəhbərliyi revanşist çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir - ŞƏRH

Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Natəvan poeziyasında qəlbin etirafları

Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun qızı: Atamın ölümündən sonra arxivdə tamamlanmamış bir şeir tapdıq

Sərdar Salmanzadə: Uşaq futbolunun inkişafı üçün yarışların sayını artırmaq lazımdır - MÜSAHİBƏ

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub

TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər - YENİLƏNİB VİDEO

Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH