Göyçayın Çayarxı kəndində ev yanıb VİDEO
Göyçay, 29 iyun, AZƏRTAC
İyunun 29-da saat 17 radələrində Göyçay rayonunun Çayarxı kəndində İsmayılov Ənvər Nuğay oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və üç yanğınsöndürən avtomobil cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsinə fərdi yaşayış evinin tamamilə yanmasının və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.