Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, futbolçularımızın üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi qələbə qazanıb -0:1. Matçın 29-cu dəqiqəsində Maksim Medvedev fərqlənib.
C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.