CƏMİYYƏT
#prokurorluqdanizah həştəqi altında növbəti videoçarxda inzibati xətalarla bağlı suallara aydınlıq gətirilib VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror təsir tədbirləri nədən ibarətdir?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurorun protest vermək hüququ varmı?”, “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokurora şikayət verilə bilərmi?” suallarını cavablandırıb.
Təqdim olunmuş videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.